Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-272/2023 29.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Şikayət verən şəxs X7 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis baş serjantı X8 iştirakları ilə, Şikayət verən şəxs X7 Zaqatala rayonu yol patrul xidməti baş inspektoru, polis kapitanı X15 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu yol patrul xidməti baş inspektoru, polis kapitanı X15 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən şəxs X11 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:37-də Zaqatala şəhərində yerləşən «Zift” marketin qarşısında dayanarkən Zaqatala RPŞ-nin post-patrul xidmətinin əməkdaşları ona və həmkəndlisi X9 yaxınlaşaraq, səbəbsiz yerə, Zaqatala RPŞ-nin DYPB-nin Yol patrul xidmətinə məlumat vermişlər. Zaqatala RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis serjantı X12 onlara özünü təqdim edərək, barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi göstərilmişdir. Belə ki, barəsində Zaqatala rayonu yol patrul xidməti baş inspektoru, polis kapitanı X15 tərəfindən xx.xx.2023-cü il tarixdə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Həmin qərar inzibati xəta tərkibi olmadan polisin mülahizəsinə əsasən tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Qeyd etmək istəyir ki, o inzibati xəta törətməmişdir. Hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qanunsuz tərtib olunmuşdur. Dayanmış vəziyyətdə ona inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin o, həkim müayinəsindən keçirilməmişdir. Onun inzibati xəta törətməyini sübut edən hər hansı bir sübut (video görüntü) yoxdur. Səlahiyyətli şəxslər öz mülahizələrinə uyğun davranış göstərmişlər. İnzibati xətanın törədilməsini sübuta yetirmək vəzifəsi vəzifəli şəxsin üzərinə düşür. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunarkən xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Eyni zamanda hal şahidlərinin iştirakı təmin olunmalıdır. Halbuki, inzibati xəta haqqında protokolda qeyd etdiyi xüsusatlar barədə məlumatlar öz əksini tapmamışdır. Bununla da hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iclası zamanı şikayət verən şəxs X11 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini və barəsində tərtib edilmiş 24 avqust 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraatına xitam verilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, X10 ilə qohumluq əlaqələri var. 24 avqust 2023-cü il tarixdə Əhməd ona zəng vuraraq Kür-Araz ərazisində yerləşən restorandan onu götürməsini xahiş etmişdir. O, restoranın önünə getdikdə Əhmədin sərxoş olduğunu görmüş və özünə məxsus VAZ21723 minik markalı ** UA *** dövlət nömrə nişanlı avtomobili Əhməd idarə edərək birlikdə Zift marketin yanına gəlmişlər. Zift marketin yanında maşını saxlamış və bundan sonra polis əməkdaşları yaxınlaşdıqda Əhmədi sükan arxasında görmüş və onun barəsində əsassız olaraq nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi üçün məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə və sərxoş olduğunu bilə-bilə nəqliyyat vasitəsini Əhmədə verdiyi üçün özü barəsində isə 337.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Hesab edir ki, Əhməd Əhmədov sərxoş vəziyyətdə avtomobili idarə etsə də, polis əməkdaşı onu içkili vəziyyətdə avtomobil idarə edərkən saxlamamış, o yol kənarında avtomobildə sükan arxasında oturduğu halda polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. Nə qədər ki, polis əməkdaşları onları avtomobili idarə edərkən saxlamayıblar, ona görə də, şikayəti təmin edilməli, protokola xitam verilməlidir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X12 izahatında göstərdi ki, X7 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və qərar qanuni, əsaslı və ədalətlidir. X11 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 200 manat məbləğində cərimə edilmişdir. Belə ki, polis baş serjantı Elmir Yusubov xidmətdə olduğu zaman VAZ21723 minik markalı ** UA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Nizami küçəsi ilə hərəkət edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət etdikdən sonra dönərxananın qarşısında durduğunu müşahidə etmişdir. Nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim etdikdən sonra sürücüyə pozuntu barədə məlumat vermiş və sənədləri tələb etmişdir. Sürücüdən açıq aşkar spirt qoxusunun gəldiyini hiss edildiyindən Elmir Yusubov yol patrul xidmətinə məlumat vermişdir və onun məlumatı əsasında o əraziyə getmişdir. Həmin əraziyə gəldikdən sonra sürücü müayinə edilməsi üçün polis şöbəsinə dəvət edilmiş və avtomobil duracağa yerləşdirilmişdir. Avtomobildə sürücüdən başqa sərnişin də olmuşdur. Sürücünün və sərnişinin şəxsiyyəti müəyyən edildikdə sürücünün X10 və sərnişinin X11 olması aşkar edilmişdir. Sürücü müayinədən keçirilmiş və onun yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra Əhməd Əhmədov barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilən zaman avtomobilin onun yanında sərnişin yerində əyləşən İlkin Şabanova məxsus olması müəyyən edilmiş və buna görə İlkin Şabanov barəsində İXM-in 337-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bu əsaslarla da tərəfindən X11 barəsində 24 avqust 2023-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və protokol əsasında 04 sentyabr 2023-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X7 şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X11 VAZ21723 minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir və 24 avqust 2023-cü il tarixdə o həmin avtomobili sərxoş halda olan X4 idarə etmək üçün vermişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 04 sentyabr 2023-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol onu tərtib edən şəxs tərəfindən imzalanmışdır. X11 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 04 sentyabr 2023-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 24 avqust 2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X5 yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 24 avqust 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə- fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu şikayət ərizəsinə əlavə etməmiş və o, öz mövqeyini şikayətində göstərdiyi bir neçə hallarla əsaslandırmışdır. Onun şikayətinin dəlilləri ondan ibarətdir ki, inzibati xəta tərkibi olmadan polisin mülahizəsi əsasında onun barəsində protokol tərtib edilmişdir. Həmçinin izahatında göstərmişdir ki, Əhməd Əhmədov sərxoş vəziyyətdə avtomobili idarə etsə də, polis əməkdaşı onu içkili vəziyyətdə avtomobil idarə edərkən saxlamamış, o yol kənarında avtomobildə sükan arxasında oturduğu halda polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, X10 idarə etdiyi VAZ21723 minik markalı ** UA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 avqust 2023-cü il tarixdə Zaqatala şəhəri Nizami küçəsində yol hərəkəti qaydasını pozduğundan post patrul xidməti əməkdaşı tərəfindən məlumatlandırılarkən onun sərxoş olmasına dair şübhələr olduğundan yol patrul xidmətinə məlumat verilmişdir və keçirilmiş müayinə nəticəsində onun sərxoş olduğu aşkar edilmişdir. Həmin hadisə zamanı avtomobilin sərnişin oturacağında avtomobilin sahibi olan şikayət verən şəxs İlkin Şabanov olmuş və o, sürücü X6 alkoqol sərxoşluğu vəziyyətində olduğunu bilə-bilə nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə vermişdir. Bundan başqa, X6 və özünün məhkəmə iclasında verdiyi izahatından da görünür ki, Əhməd Əhmədov həqiqətən sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Məhkəmə iclasında X2 Əhmədovun hər nə qədər avtomobili idarə etdiyini polis əməkdaşlarının görmədiyini və avtomobilin dayanmış vəziyyətdə olmasını bildirsə də, məhkəmə onun bu dəlilini əsaslı saymır və hesab edir ki, onların özlərinin etirafedici ifadələri, Əhməd Əhmədovun sükan arxasında olması və məhz pozuntu törətdiyi üçün post patrul xidməti əməkdaşının ona yaxınlaşması və spirtli içki içdiyi barədə şübhə yarandığından yol patrul xidməti əməkdaşlarını məlumatlandırması onun bu dəlilini əsassız edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X7 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X7 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə şikayətin yuxarıda qeyd edilən dəlillərini ümumilikdə əsassız hesab edir və həmin dəlilləri inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərdən də görünür ki, X11 barəsində İXM-nin 337.1-ci maddəsi ilə tərtib ediləcək protokol ilə bağlı heç bir etiraz etməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, protokol tərtib edən şəxsin və şikayət verən şəxsin izahatları ilə yanaşı, işdə olan sübutlarla da X7 24 avqust 2023-cü il tarixdə, mülkiyyətində olan VAZ21723 minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə olduğunu bilə-bilə X9 idarə etməsi üçün verməsi müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 əməlində İXM-in 337.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə ümumilikdə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 “Zaqatala rayonu yol patrul xidməti baş inspektoru, polis kapitanı X15 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-272/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-272/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver