Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-273/2022 20.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 katibliyi, Zaqatala rayonu X3 polis leytenantı X7 və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 iştirakları ilə, Zaqatala rayonu polis leytenantı X7 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün materialın Zaqatala RPŞ-nə göndərilməsi barədə X5 şikayətinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 orqan Zaqatala rayonu DAM, polis leytenantı X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi tələbinə dair şikayətlə məhkəməyə müraciət edərək, Zaqatala rayonu polis leytenantı X7 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün materialın Zaqatala RPŞ-nə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X8 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala rayonu polis leytenantı X11 barəsində İXP4804433 nömrəli protokol tərtib etmişdir. Həmin protokola əsasən Zaqatala rayonu polis leytenantı X11 onun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 40 (qırx) manat cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında elektron Qərar" tərtib etmişdir. Həmin qərarı qanunsuz hesab edir. Çünki ona qanunsuz cərimə yazılaraq qərar tərtib edilmişdir. Qərarın surətini xx.xx.2022-ci il tarixdə almışdır. Hesab edir ki, barəsində inzibati araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun hüquqları pozulmuşdur. Belə ki, məhkəmə qərarında onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olan əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmə xətasını törətməyi barədə yazılmışdır. Qərarda yazılan bu inzibati xəta barədə tam yalan yazılmışdır. Belə bir inzibati xəta onun tərəfindən törədilməmişdir. Belə ki, o idarə etdiyi avtomobillə yolun kənarında dayandığı vəziyyətdə arxadan gələn digər şəxs idarə etdiyi avtomobillə onun avtomobilinin arxasından vurmuşdur. Hadisə baş verdikdən sonra yol bağlanmasın deyə avtomobilləri kənara çəkmişlər, bundan sonra yol polisi gələrək baş vermiş hadisə ilə bağlı araşdırma aparmışdır. Araşdırmanın nəticəsində qanunsuz olaraq inzibati xətanın onun tərəfindən törədildiyini güman edərək ona elektron qərar vasitəsilə cərimə yazmışdır. Hansı ki, belə bir mübahisəli məqamlarda araşdırma aparmalı, hadisəni görən şəxslər danışdırılmalı, video görüntülər əldə etməli və müvafiq ekspertiza təyin etməli idi. O, etiraz etməsinə baxmayaraq heç bir araşdırma aparmadan inzibati xəta haqqında protokol tərtib etmədən bir başa elektron qərar qəbul etmişdir. Bu da İXM-nin tələblərinin kobud surətdə pozulmasıdır. Şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək şikayətində göstərilənlərə uyğun izahat vermişdir. Zaqatala rayonu DAM, polis leytenantı X11 çıxış edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində X8 idarə etdiyi Mercedes Benz C180 minik markalı ** ZY *** dövlət nömrə nişanlı avtomobillə hərəkət istiqamətinin əksinə hərəkət edərək Zaqatala rayonu Danaçı istiqamətində hərəkətdə olan VAZ 2101 markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin önünə çıxmaqla yol hərəkəti qaydalarını pozmuş və nəticədə iki avtomobil toqquşmuşdur. Hadisə baş verdikdən sonra xx.xx.2022-ci il tarixdə X8 barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında həmin gün TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qərar tam qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X14 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində özünə məxsus olan VAZ2101 markalı ** BA *** qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu Danaçı kənd yolu istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış olan “Mercedes” markalı ** ZY *** dövlət nömrə nişanlı avtomobil qəfildən onun hərkətdə olduğu yola çıxmış və onlar toqquşmuşlar. Hadisə zamanı o avtomaşında tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, surəti işdə olan səlahiyyətli orqan Zaqatala rayonu DAM, polis leytenantı X11 tərəfindən tərtib edilmiş 06 avqust 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X8 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Surəti işdə olan səlahiyyətli orqan Zaqatala rayonu DAM, polis leytenantı X11 tərəfindən qəbul edilmiş 06 avqust 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X8 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 40 (qırx) manat inzibati cərimə olunmuşdur. İşdə olan Balakən Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2030-cu il tarixədək qüvvədə olan AH seriyalı 200291 nömrəli Azərbaycan Respublikası Sürücülük vəsiqəsindən görünür ki, X8 “BE” “CE” dərəcəsi üzrə sürücülük hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən xx.xx.2022ci tarixdə verilmiş BD seriyalı 194010 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qeydiyyat nişanı ** ZY ***, buraxılış ili 1997-ci il olan, sedan tipli, “Mersedes Benz C180” minik markalı, gümüş metalik rəngli avtomobil X6 məxsusdur. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş və xx.xx.2030-cu il tarixədək qüvvədə olan AE seriyalı 737447 nömrəli Azərbaycan Respublikası Sürücülük vəsiqəsindən görünür ki, X13 “BC” dərəcəsi üzrə sürücülük hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Şəki RQİ və TBS-in tərəfindən xx.xx.2022-cı il tarixdə verilmiş BD seriyalı 260156 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qeydiyyat nişanı ** BB ***, buraxılış ili 1972-ci il olan, sedan tipli, “VAZ2101” minik markalı açıq tüstü rəngli avtomobil X12 məxsusdur. İş materiallarına əlavə edilmiş X5 vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2022-ci il tarixli 8/3099 nömrəli rəyindən görünür ki, 1a.2.3.Toqquşma VAZ-2101 markalı avtomobilin qabaq hissəsi ilə Mercedes-Benz C180 markalı avtomobilin arxa hissəsi arasında deyil, onun arxa sol yan hissəsi arasında baş vermiş və toqquşma anında Mercedes-Benz C180 markalı avtomobil VAZ-2103 markalı avtomobilin hərəkət istiqamətinə nəzərən təxminən perpendikular vəziyyətdə olmuşdur. Qeyd edilir ki, toqquşma yeri hadisə yerinin ilkin müayinəsi zamanı istintaq (təhqiqat) tərəfindən müəyyən edilir. 1b. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Mercedes-Benz C180 markalı 10ZY675 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1c.Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən VAZ-2101 markalı 62BB616 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. X5 şikayətində göstərdiyi “o idarə etdiyi avtomobillə yolun kənarında dayandığı vəziyyətdə arxadan gələn digər şəxs idarə etdiyi avtomobillə onun avtomobilinin arxasından vurmuşdur.” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, X8 polis şöbəsində araşdırma aparılan zaman izahatında göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə saat 23 radələrində özünə məxsus olan “Mersedes Benz C180” minik markalı ** ZY *** qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu Danaçı kəndində yolun kənarında dayanmış, sonra yola çıxmaq məqsədi ilə hərəkətə başlamış, fikirli olduğundan sol tərəfə baxmadan hərəkətə başlamışdır. Həmin vaxt VAZ2101 markalı ** BA *** qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Bundan başqa, ekspert rəyi ilə də müəyyən edilmişdir ki, toqquşma VAZ-2101 markalı avtomobilin qabaq hissəsi ilə Mercedes-Benz C180 markalı avtomobilin arxa hissəsi arasında deyil, onun arxa sol yan hissəsi arasında baş vermiş və toqquşma anında Mercedes-Benz C180 markalı avtomobil VAZ-2103 markalı avtomobilin hərəkət istiqamətinə nəzərən təxminən perpendikular vəziyyətdə olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri və bu səpkidə məhkəmə iclasında verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 izahatı ilə yanaşı, onun vəsatəti əsasında alınaraq tədqiq edilmiş ekspert rəyindən də görünür ki, Mercedes-Benz C180 markalı 10ZY675 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Zaqatala rayonu polis leytenantı X7 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün materialın Zaqatala RPŞ-nə göndərilməsi tələbinə dair şikayəti təmin edilməsin. 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-273/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-273/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver