Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-274/2023 25.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, şikayət verən şəxs X4 iştirakı ilə, Şikayət verən şəxs X4 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05 avqust 2023-cü il tarixli EQ16104531 nömrəli elektron qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 orqan DİN BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın qəbul edilməsinə əsas olmuş işin araşdırılmasını və qanuni tədbir görülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona yazılmış Bakı-Qazax yolunun 312.4 km, Protokol EQ16104531 nömrəli xx.xx.2023-cü il tarixli qərar qanunsuzdur. Ona görə ki, o heç bir yol hərəkəti nişanlarını pozmamış, çünki o göründüyü kimi bir anlıq maşın saxladığı yerdə heç bir qanun pozuntusu yoxdur. O maşını saxlayıb bir dəqiqə keçmədən oradan uzaqlaşmışdır. Saxladığı yerdə qanun pozuntusu varsa, onun arxasında hərəkətsiz duran avtonəqliyyatlar və qarşıda dayanmış avtomobillərin həmin vaxtı yazılmış protokolların göstərilməsini tələb edir. Bunanla bağlı bir ay yarımdır ki, həmin gündən başlayaraq 19 dəfə 102-yə müraciət etmişdir. 23 dəfə 902-yə müraciət etmişdir. Daxili İşlər Nazirliyinə teleqram vurmuşdur. Göndəriş nömrəsi **********. Tələb etmişdir ki, qərarı onun ünvanına göndərsinlər. Bu günə qədər heç bir orqan tərəfindən bu iş araşdırılmayıb və heç bir zəng olmayıb. Artıq dərəcədə xahiş edir ki, iş araşdırılsın və qanuni tədbir görülsün. Şikayət verən şəxs X6 məhkəmə iclası zamanı şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o avtomobilini saxladığı yerdə dayanmanın qadağan olunmasına dair hər hansı nişan olmamış, eyni zamanda həmin yerdə dayanacaq da yoxdur. Bundan başqa, onunla yanaşı bir neçə avtomobil də həmin ərazidə saxlamışdır. Onlara isə protokol yazılmamışdır. Onun avtomobilini yol patrul xidməti avtomobili çəkmişdir. O, həmin vaxt avtomobilin içərisində olmuş, avtomobilindən düşməmişdir. Qeyd olunanların nəzərə alınaraq DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05 avqust 2023-cü il tarixli EQ16104531 nömrəli elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ16104531 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Bakı Qazax yolunun 312,4 kilometrində saat 18:41 radələrində X8 markalı ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Elektron qərara əlavədən görünür ki, xətanın aşkarlanmasında E5D75B62E1E568FA nömrəli kameradan istifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə -qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən və şikayətə əlavə olunmuş fotoşəkillərdən də aydın olur ki, Bakı Qazax yolunun 312,4 kilometrində 5.12 nişanlanması mövcuddur və X8 markalı ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nişanın təsir dairəsi ilə əhatə olunmuş ərazidə, həmçinin dayanacağın əhatə dairəsində dayanmışdır. Görüntülərdən aydın olur ki, işarə və dayanacaq ilə avtomobilin dayandığı yer arasındakı məsafə açıq-aydın nəinki 15 metrdən, 5-6 metrdən az məsafədədir. Metr və ölçü anlayışı baxımından bunun üçün hər hansı bir ölçünün aparılmasına ehtiyac yoxdur, bu fotoşəkillərdən açıq-aydın müəyyən edilir. Məhkəmə şikayətçinin “o avtomobilini saxladığı yerdə dayanmanın qadağan olunmasına dair hər hansı nişan olmamış, eyni zamanda həmin yerdə dayanacaq da yoxdur.” dəlilinə qiymət verərək qeyd edir ki, təqdim edilmiş fotoşəkillərə nəzər yetirildikdə görünür ki, X4 avtomobili saxlayaraq dayandığı yerdə dayanmanın qadağan olunmasına dair 5.12 nişanlanması mövcuddur, həmçinin həmin yerdə dayanacağın olması da fotoşəkildən açıq-aydın görünür. Bundan başqa, onun digər dəlili ondan ibarətdir ki, “O, həmin vaxt avtomobilin içərisində olmuş, avtomobilindən düşməmişdir.” Qeyd olunmalıdır ki, onun avtomobilin içərisində olub-olmaması dayanma qaydalarının pozulmamasına dəlalət etmir. O, həmin yerdə dayanmışdırsa artıq inzibati xəta törədilmişdir. Məhkəmə tərəfindən eyni zamanda şikayət verən şəxsin israrlı vəsatətlərini nəzərə alaraq ekspertiza təyin edilmiş, Ekspert tərəfindən isə şikayət verən şəxsin araşadırılmasını tələb etdiyi və ekspert qarşısında qoyulmuş sualların ekspertizanın həll etdiyi məsələlərə aid olmaması müəyyən edilmiş, bu əsasla ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır. Odur ki, məhkəmə qeyd edir ki, onun dəlilləri ümumilikdə əsassız olmaqla qərarın ləğv edilməsi üçün əsas deyil. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinə əsasən 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında;11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Qeyd edilən maddələrin məzmunundan da aydın olur ki, dayanacaq meydançası olduğu halda həmin meydançaya 15 metrdən az yaxınlıqda, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi də ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X4 izahatı ilə yanaşı, tədqiq edilmiş inzibati tənbeh vermə haqqında EQ 16104531 nömrəli qərara əsasən X4 xx.xx.2023-cü il tarixdə Bakı Qazax yolunun 312,4 kilometrində saat 18:41 radələrində X8 markalı ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozduğu müəyyən edildi. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi X4 inzibati xətanı törətməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun bu səpkidə izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Göstərilən əsaslarla məhkəmə şikayətçi X4 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 “DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05 avqust 2023-cü il tarixli EQ16104531 nömrəli elektron qərarın ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-274/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-274/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver