Məhkəmə qərarları › İş №3(033)-275/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-275/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-275/2023 17.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, V X7 Xidməti inspektoru polis serjantı X3 iştirakı ilə, Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin V X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin V X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı qərarının əsassız sayılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayət ərizəsi inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsindən görünür ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Həmin Qanunun 2-ci maddəsindən görünür ki, Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Buradan belə nəticəyə gəlinir ki, şikayət verən şəxs X4 yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş, eyni zamanda X4 şəxsi məlumatlara dair portaldan çıxarışdan məlum olduğu kimi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında aydın olur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini xx.xx.2023-cü il tarixində, saat 11:27 radələrində Şəki-Qax yolu 29-cu km-də törətmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki iş üzrə inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 vəsatəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair şikayət ərizəsi baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin V X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə daxil olmuş şikayət baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilsin. Hakim: Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar