Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-279/2021 23.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1997-ci il tarixdə Zaqatala rayonu, Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Zəyəm kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 22 iyun 2021ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində VAZ 21063 minik markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala RPŞ-nin DYPB-nin YPXnin inspektoru polis serjantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində VAZ 21063 minik markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs avtoxuliqanlıq hərəkətləri etməsi barədə Zaqatala RPŞ-nin İTBnin rəisi raportla şöbənin rəisinə müraciət etmişdir. Bundan sonra polis şöbəsində İTB-nin sahə rəisi tərəfindən inzibati xəta törədən şəxsin və şahidin izahatları alınmışdır. Nəticədə onun tərəfindən Şəxs haqqında 22 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Zəyəm kəndində yaşayır. 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində ona məxsus olan VAZ 21063 minik markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı kənddən dostu Məzahirlə Zaqatala şəhərinə gəlmişdir. Şəhərin Vidadi küçəsi ilə hərəkətini davam etdirərək “BazarStore”dən keçərək “Meydan” adlanan əraziyə gedirdi. Vidadi küçəsində hərəkətdə olarkən idarə etdiyi avtomobilin səs-küyünü yoxlamaq üçün avtomobili bir dəfə sağa-sola hərəkət etdirmişdir. Bundan sonra “Meydan” ərazisinə çatarkən orada da bir dəfə avtomobili sağa-sola hərəkət etdirmişdir. Sonra avtomobili dayandırmışdır. Bundan sonra polis əməkdaşı ona yaxınlaşaraq yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. Buna görə də, onu polis şöbəsinə dəvət etmişlər. Etdiyi hərəkətdən peşmandır. Əlavə olaraq göstərdi ki, o, idarə etdiyi avtomobilin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin İTB-nin rəisi Elçin Teymurov izahatında göstərdi ki, 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində VAZ 21063 minik markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin Zaqatala şəhəri Vidadi küçəsində “BazarStore” mağazasının qarşısı ilə Bülbül küçəsinə doğru hərəkət etdiyini görmüşdür. Vidadi küçəsində avtomobili idarə edən şəxs təxminən 100-150 metr məsafədə avtomobili sağa-sola hərəkət etdirib yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq kobud şəkildə pozmuş və yaşayış binalarının yanındakı Bülbül küçəsinə sərt manevrlə daxil olmuşdur. Həmin avtomobili törətdiyi inzibati pozuntuya görə saxlamaq üçün arxası ilə gedəndə həmin şəxs Bülbül küçəsində yenidən eyni şəkildə yol hərəkəti qaydalarını davamlı olaraq nümayişkaranə şəkildə pozmuşdur. Həmin avtomobil H.Əliyev prospektində “Meydan” adlanan əraziyə çatanda növbəti dəfə avtomobili sağa-sola hərəkət etdirib yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuş və ictimai qaydanın pozulması ilə müşayiət olunan hərəkətlər etmişdir. Avtomobil həmin küçədə dayandıqdan sonra avtomobili idarə edən şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və törətdiyi inzibati pozuntunu ona izah etmişdir. Buna görə də, həmin şəxs avtomobili ilə birgə şöbəyə gətirilmişdir. Əlavə olaraq göstərdi ki, o, Şəxs idarə etdiyi avtomobilin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə etdiyini görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X6 çıxış edərək Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 511.1 və 511.1.2-ci maddələrinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir: nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər; yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. Bu elementlər olduqdan sonra isə hazırki iş üzrə protokol tərtib edilmiş inzibati xətanın tərkibi yaranması üçün mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə yönəlmiş qərəzli hərəkət olmalıdır. Hansı ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu qərəzli hərəkətlərə yol verməmişdir. Bu hal həm şəxsin özünün, həm də şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Protokol tərtib edən şəxs İnzibati Xətalar Məcəlləsində 511.1-ci maddə ilə bağlı protokol tərtib edə bilmədiklərini əsas gətirərək Şəxs etdiyi hərəkətlərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə uyğun gəldiyindən protokol tərtib etdiyini qeyd edir. Məhkəmə bir daha qeyd edir ki, avtoxuliqanlıq inzibati xətanın tərkibinin yaranması üçün şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində göstərilən hallarla yanaşı, həmin Məcəllənin 511.1.1, 511.1.2 və 511.1.3-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş qərəzli hərəkətlərdən birini də törətməlidir. Bu qərəzli hərəkətləri törətmiş şəxs avtoxuliqanlıq etmiş sayılır. Məhkəmə iclasında da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkib əlaməti olan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, yəni öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi protokol tərtib edən şəxsin üzərinə düşür. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobili sağa-sola hərəkət etdirməklə manevr qaydalarını pozması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkibi əlamətləri ilə uzlaşmır. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Belə vəziyyətdə hesab edirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək təkzibedilməz sübutların mövcud olmaması hazırkı iş üzrə onun İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi üçün kifayət etmir. Eyni zamanda, məhkəmə baxışı zamanı da, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Zaqatala RPŞ-nin DYPB-nin YPXnin inspektoru polis serjantı X4 22 iyun 2021-ci il tarixdə tərtib etdiyi İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Zaqatala RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı X4 22 iyun 2021ci il tarixdə tərtib etdiyi İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-279/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-279/2021
23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver