Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-281/2022 21.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4, yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs X3, onun qanuni nümayəndəsi X5 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxx 1981-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Mosul kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 21 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 21 avqust 2022ci il tarixdə axşam saatlarında küçədə oğlu Nurlanı maşına mindirmək istəyəndə ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Mosul kəndində yaşayan X11 xx.xx.2022-ci il tarixdə saat 20:30-da “102” xidməti-zəng mərkəzinə zəng vuraraq keçmiş əri Şəxs 8 yaşlı övladı Nurlan İsmayılovu özü ilə aparmaq istəməsi, Nurlan getmək istəmədiyi üçün zor tətbiq etməsi və sürüşməsi nəticəsində baş nahiyəsindən xəsarət alması barədə məlumat vermişdir. O, eyni zamanda ərizə ilə RPŞ-yə müraciət edərək İslam barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Mosul kəndində yaşayan X11 xx.xx.2022-ci il tarixdə axşam saatlarında səkkiz yaşlı övladı Nurlan İsmayılovu fındıq bağından yaşadığı evə tək yola salmış və həmin vaxt yolda atası Şəxs ilə rastlaşmışdır. Şəxs oğlu Nurlanla rastlaşdıqda o, Nurlanı idarə etdiyi “VAZ” 2106 markalı avtomobilə mindirərək aparmaq istədikdə həmin vaxt Nurlan onunla getmək istəmədiyi təqdirdə Şəxs azyaşlı Nurlanı dartışdıraraq ənsə nahiyəsinə əzilmiş yara və sağ sarğısında bir ədəd qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. 16 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. O, bügun saat 10:00-da polis şöbəsinə gəlmiş, onların izahatları alınmışdır. Göstərilənlərin əsasında onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, X11 onun keçmiş arvadıdır. O, 2013-cü ildə həmkəndlisi Aynurə ilə ailə qurmuşdur və birgə nigahdan bir oğlan uşağı dünyaya gəlmişdir. O, 2018-ci ildə Zaqatala rayon Məhkəməsinin qərarına əsasən Aynurə Orucovadan ayrılmışdır. O, hazırda Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən çörək sexində gecə növbəsində işləyir. Həmin çörək sexində o, xəmir yoğuran kimi çalışır. O, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Mosul kəndindən özünə məxsus idarə etdiyi VAZ 2106 markalı avtomaşınla Zaqatala şəhərinə iş yerinə gəlmiş və yaşadığı kənddən işə yol gələrkən həmin vaxt oğlu Nurlanla rastlaşmamış, Nurlana vurmamış və heç bir zor tətbiq etməmişdir. Keçmiş arvadı Aynurənin müraciətində qeyd olunan xüsusatlar yalan və böhtan xarakterlidir. Hadisə olan vaxt o sexdə olmuşdur. O, hər hansı inzibati xəta törətmədiyindən və Nurlanı vurmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs X9 anası-qanuni nümayəndəsi X6 iştirakı ilə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs onun atasıdır, hazırda onun səkkiz yaşı var. O, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində anası ilə birlikdə yaşadıqları evin yaxınlığında olan anasına məxsus fındıq bağına fındıq yığmaq üçün getmişdir. Onlar, fındıq bağında fındığı yığdıqda həmin vaxt qaranlıq düşəcəyini gördükdə anası onu evə yola salmışdır. O, fındıq bağından gələrkən yolda atası İslamla qarşılaşmış və həmin vaxt atası idarə etdiyi avtomaşından düşərək ona yaxınlaşıb dartışdıraraq xəsarət yetirmişdir. Atası onu aparmaq istədikdə razı olmadığı üçün atası güc tətbiq edərək onu sürümüş və həmin vaxt başına vuraraq xəsarət yetirmişdir. Atasını bağışlamır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Şəxs ilə birlikdə çörək sexində işləyir. Qeyd olunan hadisə barədə məlumatlıdır. Lakin tarixi dəqiq xatırlamır, ancaq həmin gün polislər onların işlədiyi yerə gəldiyi üçün yadındadır. Belə ki, həmin gün İslam axşam saat 19 radələrində işə gəlmişdir. Həmin vaxta kimi onun harada olmasından xəbəri olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 məhkəmə iclası zamanı çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirməmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Zaqatala rayonu Mosul kəndində yaşayan X11 xx.xx.2022-ci il tarixdə axşam saatlarında səkkiz yaşlı övladı Nurlan İsmayılovu fındıq bağından yaşadığı evə tək yola salmış və həmin vaxt yolda atası Şəxs ilə rastlaşmışdır. Şəxs oğlu Nurlanla rastlaşdıqda o, Nurlanı idarə etdiyi “VAZ” 2106 markalı avtomobilə mindirərək aparmaq istədikdə həmin vaxt Nurlan onunla getmək istəmədiyi təqdirdə Şəxs azyaşlı Nurlanı dartışdıraraq ənsə nahiyəsinə əzilmiş yara və sağ sarğısında bir ədəd qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş MTE və PA ETT-s Birliyinin Zaqatala rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 307 nömrəli rəyinə əsasən vət. X3 bədənində aşkar edilmiş xəsarətlər -ənsə nahiyəsində 1 (bir) ədəd səthi əzilmiş yara və sağ sarğısında 1 (bir) ədəd qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla yəni xx.xx.2022ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayr-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi Şəxs hazırda qeyd edilən əməli təsadüfi bir şəxsə qarşı deyil də, doğma azyaşlı uşağına qarşı törədilmişdir. Bu hal da həmin şəxsin əməlinin ictimai təhlükəliyini artırır. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs izahatında göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, zərərçəkmiş şəxsin, şahidin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, fotoşəkillərlə, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli yetkinlik yaşına çatmayana qarşı törətməsi müəyyən edildi. Həmin Məcəllənin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayana qarşı inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun Zaqatala rayon polis şöbəsinə gəldiyi vaxtdan, yəni 21 sentyabr 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd edir ki, İXM-in 100.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 21 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi identifikasiya nömrəsini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Zaqatala rayon polis şöbəsinə gəldiyi vaxtdan, yəni 21 sentyabr 2022-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-281/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-281/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver