Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-282/2020 17.08.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Elbrus Hacıbala oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, «X3» İctimai Birliyinin sədri vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə Şöbəsi (bundan sonra-Şəki Regional Ədliyyə Şöbəsi) tərəfindən «X3» İctimai Birliyinin fəaliyyəti öyrənilərkən, «X3» İctimai Birliyinin sədri Şəxs tərəfindən ədliyyə orqanının əməkdaşına həmin İctimai Birliyininfəaliyyətinin öyrənilməsinə maneələr yaradılmışdır. Bu barədə Şəki Regional Ədliyyə Şöbəsinin məsləhətçisi X1 tərəfindən xx xxxx 2020-ci il tarixli 25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 580-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməyin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bu halda iş üzrə toplanmış sübutların kifayət etməsi qənaətinə gələrək, Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsizahatında «X3» İctimai Birliyinin fəaliyyəti xx.xx.2017-ci il tarixdən fəaliyyəti dayandırıldığını, həmin tarixdən heç bir fəaliyyət göstərilmədiyini, ona görə də Şəki Regional Ədliyyə İdarəsindən gəlmiş əməkdaşlara onların tələb etdikləri sənədləri təqdim etmədiyini və sonra Şəki Regional Ədliyyə İdarəsinin bildirişinə əsasən Şəkiyə getmədiyini, lakin protokolda qeyd edilən inzibati xəta hadisəsini törətmədiyini, ona görə də, işə xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatının dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, «X3» İctimai Birliyinin sədri Şəxs Azərbaycan Respublikası İXM-in 580-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Ona görə də onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, AzərbaycanRespublikası İXM-in580-cı maddəsinə əsasənmüvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə-vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 30-1.1-ci maddəsinə görə Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-1.3-cü maddəsinə görə Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi üçün maneələr yaradan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi” Qaydalarının 3.8-ci bəndinə əsasən QHT-lərin vəzifəli şəxsləri ədliyyə orqanının fəaliyyətini çətinləşdirən hərəkətlərə yol verməməli və fəaliyyətin öyrənilməsinə şərait yaratmalıdırlar. Məhkəmə araşdırılması zamanı müəyyən etdim ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyrihökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi” Qaydalarının tələblərinə əsasən «X3» İctimai Birliyinin hüquqi ünvanına və həmin Birliyin təsisçisi Şəxs ünvanına ədliyyə orqanı tərəfindən rəsmi qaydada bildirişlər göndərilmiş və «X3» İctimai Birliyinin xx xxxx 2020-ci il tarixdən sonrakı müddətdə plana uyğun öyrəniləcəyi bildirilmişdir. Şəki Regioanal Ədliyyə İdarəsinin əməkdaşları Nərminə Əzizova və Tərlan Qaffarov xx.xx.2020-ci il tarixdə «X3» İctimai Birliyinin hüquqi ünvanına daxil olmaq istədikdə ictimai birliyin qapısının bağlı olması müəyyən edilmiş, təsisçisi Şəxs ilə telefon əlaqəsi qurulmuş ondan bildirişin çatıb çatması barədə soruşulmuş, o, bildirişin aldığını, lakin çağırışa gəlməyəcəyini, heç bir sənəd təqdim etməyəcəyini bildirmişdir. Daha sonra ona “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi” Qaydalarının tələbləri və qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə İXM-nin müvafiq maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu izah edilmişdir. Lakin o, ədliyyə orqanının əməkdaşları tərəfindən tələb olunan sənədləri və məlumatları təqdim etməkdən imtina etmişdir. Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X3» İctimai Birliyinin sədri Şəxs Azərbaycan Respublikası İXM-in 580-cı maddəsinə əsasən inzibati qaydada tənbeh olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü seçərkən, onun inzibati məsuliyyətini yüngülləşdirən halları nəzərə aldım. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-in 580-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrinə əsaslanaraq, qərara a l d ı m: «X3» İctimai Birliyinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat inzibati cərimə edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə Şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Elbrus Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-282/2020
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-282/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver