Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-283/2023 18.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Şikayət verən şəxs X4 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Şikayət verən şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş 25 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, X15 Xidmətinin Şəki- Zaqatala rayon baş əmək müfəttişi X5 xx.xx.2023-cü il tarixdə Zaqatala Kommunal Müəssisələr Kombinatının direktoru X6 MN N ******* nömrəli protokol yazaraq Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X17, 2200 (iki min iki yüz) manat cərimə edilməyinə dair xx.xx.2023-cü il tarixli MN N ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar" tərtib etmişdir. Qərarın surətini xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə almışdır, qərardan şikayət vermə müddətini ötürməmişdir. X1 xəsarəti ilə bağlı aparılmış təhqiqatın yekun təhqiqat aktına uyğun olaraq Zaqatala KMK tərəfindən müvafiq İZ aktının tərtib edilməsindən boyun qaçırıldığı göstərilmişdir. X15 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin rəisi X11 xx.xx.2023-cü il tarixli, MN N ******* nömrəli qərarını qanunsuz hesab edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi Akif Əliyev (bundan sonra müfəttişliyin rəisi) ona qarşı qəsdən qərəzli mövqe tutaraq bilərəkdən İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud surətdə pozaraq ona ziyan vurmaq məqsədi ilə ona inzibati cərimə yazmışdır. İnzibati tənbeh verilməsinə əsas kimi hesab edilən hadisə 2013-cü ildə baş vermişdir. Tənbeh verilən maddə İXM-nin 555.3-cü maddəsidir. İXM xx.xx.2015-ci ildə qəbul edilmiş və 2016-cı ilin mart ayının 1-dən qüvvəyə minmişdir. 2013-cü ildə baş vermiş hadisə ilə bağlı əməldə inzibati xətanın tərkibi vardırsa 2013-cü ildə qüvvədə olan İXM-nin müvafiq maddəsi ilə qərar qəbul edilməlidir. 2013-cü ildə qüvvədə olan İXM-nin isə cəmi 458 maddəsi olmuşdur. Həmin Məcəllədə 555-ci maddə yoxdur. Hazırda qüvvədə olan İXM-nin 38-ci maddəsində qeyd olunmuşdur ki. inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Hazırki iş üzrə baş vermiş hadisədən isə 10 il keçmişdir. Baş vermiş hadisədən 10 il keçdikdən sonra Əmək Müfəttişliyi xidməti hadisə ilə bağlı təhqiqat aparmağa başlamışdır. Həmin hadisə ilə bağlı xx.xx.2023-cü il tarixli əmr ilə komissiya yaratmışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ona məktub ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, bədbəxt hadisə ilə bağlı İZ formalı aktın təhqiqat aktına uyğun 1 gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada akt tərtib edilməli və 1 nüsxəsi zərərçəkən işçiyə təqdim olunması təmin olunmalıdır. Hadisədən 10 il keçiməsinə baxmayaraq, eyni zamanda hadisə baş verən zaman Zaqatala Kommunal müəssisələri kombinatında o rəhbər olmadığı zaman baş vermiş hadisə ilə bağlı tələb olunan akt onlar tərəfindən tərtib edilərək Əmək Müfəttişliyinə göndərildi. X7suz hərəkətlərini davam etdirərək heç bir hüquqi əsası olmayan onun hadisə ilə hər hansı bir əlaqəsi olmadığını hadisə baş verən zaman onun müəssisənin rəhbəri olmadığını nəzərə almadan ona cərimə tətbiq etmişlər. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki. Əmək Müfəttişliyinin tərtib etdiyi tarixi və nömrəsi bilinməyən təhqiqat aktında qeyd olunmuş komissiyanın üzvləri Arif Kərimov və Kəmalə Qasarayeva həmin aktın tərtibatında iştirak etməmişlər. Aktı tərtib edən komissiyanın sədri Ruslan Abdullayev bütün bu hərəkətləri özü şəxsən təkbaşına etmişdir. 2013-cü ildə qüvvədə olan İXM-nin 1ci maddəsində qeyd olunur ki, inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 2013-cü ildə qüvvədə olan İXM-nin isə 555-ci maddə yoxdur. 2013-cü ildə qüvvədə olan və hazırda qüvvədə olan İXM-nin 3-cü maddəsində qeyd olunur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi 2013-cü ildə hadisə baş verən zaman Kommunal Müəssisələr Kombinatının müdiriyyəti başqa şəxs olmaqla, həmin şəxs hal-hazırda həyatda yaşamır, ölmüşdür. Onun əməllərinə görə ona inzibati tənbeh tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən hesab edir ki, barəsində qanunsuz qərar qəbul olunaraq qanunsuz inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar ləğv edilməli, barəsində qanunsuz qərar qəbul edən şəxs barəsində Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə məhkəmə tərəfindən onun qanunsuz əməlləri barədə “Məhkəmələr və hakimlər haqqında Qanun"un 98-ei maddəsinə əsasən təqdimat yazılmalıdır. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Buna görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X8 şikayətin məzmununa uyğun izahat verib, onun dəlillərini müdafiə etdiyini bildirdi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. O, izahatına əlavə olaraq qeyd etmişdir ki, X12 avtomaşın vurması hüquq mühafizə orqanlarının hər hansı bir qərarı ilə təsdiq olunmur, ümumiyyətlə belə bir yol nəqliyyat hadisəsinin baş verməsi hüquq mühafizə orqanlarında qeydə alınmamışdır və baş verməsi hüquq mühafuzə orqanının qərarı ilə təsdiq olunmayan yol nəqliyyat hadisəsi barədə onun İZ aktında qeydlər aparmasını ümumiyyətlə doğru hesab etmir. O görmədiyi, eşitmədiyi və hər hansı bir qüvvədə olan qərarla təsdiqini tapmayan hadisəni təsdiqləməsini düzgün və qanuni hesab etmir. Məhkəmə baxış iclasında iştirak edən səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki- Zaqatala regional Şöbəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, 2013-cü ildə Nəcibə Nuhova yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Hadisədən 10 il keçib. Nəcibə Nuhovanın əlillik kağızı olmuş və sonradan onun əlilliyi kəsilmişdir. Məlum olmuşdur ki, 2013-cü ildə Nəcibə Nuhova xəsarət almış və onun iş qabiliyyətini itirdiyi üçün pensiya təyin olunub. Həmin işlə bağlı komissiya yaradılmışdır. Hadisədən 10 il keçdiyi üçün polis şöbəsində heç bir məlumat aşkar olunmamışdır. Maşınla vuran şəxs Komunal İdarənin əməkdaşı Elçin Cabbarov olmuşdur. Lakin Elçinin həmin idarədə işləməyinə dair sənəd yoxdur. Nəcibə Nuhovanın xəsarəti iş vaxtına təsadüf edilmişdir. X10 iki dəfə məktub almışlar. Təhqiqat aktına əsasən idarənin iki əməkdaşı mühasib və digər işçisi aktı imzalamaqdan imtina etmişlər. Araşdırma zamanı komissiya olaraq belə nəticəyə gəlmişlər ki, hadisə saat 04-05 radələrində olmuş və qeyd olunan zaman iş vaxtına təsadüf etmiş, istehsalat ilə bağlı olan hadisədir. Qeyd olunan akt Hikmət Mahmudov tərəfindən tərtib edilməlidir. Mühəndis və mühasib aktı imzalamaqdan imtina etmişlər. Həmin aparılmış araşdırma əsasında və onun tərəfindən 19 sentyabr 2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X17 tərəfindən inzibati tənbeh vermə haqqında 25 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul olunaraq X8 2200 manat məbləğində cərimə edilmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinlədikdən sonra və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayətçi X4 şikayət ərizəsi əsaslı olduğundan təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin baş əmək müfəttişi X17 tərəfindən tərtib edilmiş 25 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli qərar ləğv edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin baş əmək müfəttişi X3 19 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X2 Nəcibə Yusif qızının xəsarəti ilə bağlı aparılmış təhqiqatın yekun təhqiqat aktına uyğun olaraq Zaqatala KMK tərəfindən müvafiq İZ aktını tərtib edilməsindən boyun qaçırdığına görə, Azərbaycan Respulbikası İXM-nin 555.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X11 qəbul etdiyi 25 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 25 sentyabr 2023-cü il tarixdə X2 Nəcibə Yusif qızının xəsarəti ilə bağlı aparılmış təhqiqatın yekun təhqiqat aktına uyğun olaraq Zaqatala KMK tərəfindən müvafiq İZ aktını tərtib edilməsindən boyun qaçırdığı üçün X8 Azərbaycan Respulbikası İXM-nin 555.3-cü maddəsi ilə təqsirli bilinərək, 2200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Zaqatala Kommunal Müəsissələri Kombinatının Təşkilatının sədri Kəmalə Heydər qızı tərəfindən verilmiş rəydən görünür ki, Nəcibə Nuhovanın xəsarəti istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində olması faktı ilə razılaşmır. İşdə olan Zaqatala Kommunal Müəsissələri Kombinatının xx.xx.2011-ci il tarixli 44 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, kombinatda 2012-ci ildən təmizlik və qaraj şöbələri üçün 6 günlük iş rejimi səhər 06:00-dan 14:00-dək müəyyən edilmişdir. İşdə olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/xx.xx.2023-cü il və 01/xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, X9 xəsarəti il bağlı müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə X4 şikayətinə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra şikayətlə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin məcəllənin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının 1.2-ci maddəsinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir; müəssisənin ərazisində, yaxyd başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəccicədən çıxan vaxt ərzində baş verdikdə. Həmin qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada İZ formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə onun yenidən tərtib edilməsini tələb etmək hüququna malıkdir. X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, onun barəsində ondan ötrü Azərbaycan Respubliksı İXM-in 555.3-cü maddəsi ilə protokol tərtib edilmişdir ki, o, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırmışdır. Lakin aparılmış məhkəmə araşdırılması vaxtı müəyyən olunmuşdur ki, X8 tərəfindən tərtib olunmuş müvafiq akt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinin tələb etdiyi məzmunda tərtib olunmamışdır. Qeyd olunan maddənin dispozisiyasından məlum olur ki, həmin maddə üzrə məsuliyyət müvafiq aktın tərtib olunmasından imtina olunduqda yaranır, aktın məzmununun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinin istəyinə uyğun tərtib olunmamasına görə isə məsuliyyət nəzərdə tutulmamışdır. Bundan başqa İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarına əsasən bədbəxt hadisə başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada İZ formalı akt tərtib olunması qeyd olunsa da hadisənin üstündən 10 ildən çox müddət keçəndən sonra həmin aktın tərtib olunmasının tələb olunması qanunda nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, X8 tərəfindən İZ formalı aktı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinin tələb etdiyi məzmunda tərtib etməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, həmin yol nəqliyyat hadisəsinin hansı şəraitdə və hansı səbəbdən baş verməsini, qanunla müəyyən olunmuş iş vaxtı ərzində baş verib verməməsini heç bir qanuni qüvvəsini almış istintaq və məhkəmə qərarları ilə müəyyən etmək olmur. Bundan başqa hadisə vaxtı X8 həmin təşkilatda işləməmişdir və hadisə barədə də məlumatı olmamışdır. Məhkəmə araşdırılması vaxtı müəyyən olunmuşdur ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında Zaqatala Kommunal Müəssisələri Kombinatının direktoru H.Mahmudov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktla tərəflər arasında yaranmış fikir ayrılığı ondan ibarət olmuşdur ki, aktda, kombinatda təmizlik şöbəsinin süpürgəçiləri və zibil yığanlar üçün iş rejimi səhər saat 6-00 dan 14-00 dək qeyd olunmuşdur və hadisənin qeyri iş vaxtı xx.xx.2013-cü il tarixdə gecə saat 04 radələrində baş verdiyinin göstərilməsi olmuşdur. İşin hallarından görünür ki, X9 2013-cü ildə aldığı xəsarət ilə bağlı komissiya yaradılmış və müvafiq İstehsalatda baş vermiş bədbəxt hadisə (İZ) haqqında aktının tərtib edilməsi üçün Zaqatala Kommunal Müəsissələri Kombinatının Təşkilatına göndərilmiş, Zaqatala Kommunal Müəsissələri Kombinatının direktoru H.Mahmudov və baş mühasib K.Qasarayeva tərəfindən müvafiq İZ aktı tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinə göndərilmişdir. Eyni zamanda qeyd olunan hadisənin Zaqatala Kommunal Müəsissələri Kombinatının xx.xx.2011-ci il tarixli 44 nömrəli əmri ilə müəyyən edilmiş, kombinatda 2012-ci ildən təmizlik və qaraj şöbələri üçün 6 günlük iş rejimi səhər 06:00dan 14:00-dək olan aralıqda baş verməsini sübuta yetirilməsi qeyri mümkün olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, şikayət verən X4 ona qarşı tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış inzibati təqibə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə-min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Hesab edirəm ki, məhkəmə araşdırılmasında yuxarıda şərh edilən inzibati xəta hadisəsində X4 əməlində inzibati xəta tərkibinin olmamasına görə səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X17 tərəfindən 25 sentyabr 2023cü il tarixli MN ******* nömrəli inzibati təbeh vermə haqqında qərarla gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə vəziyyətdə hesab edirəm ki, səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş X4 Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2200 (iki min iki yüz) manat inzibati cərimə edilməsinə dair 25 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsində qeyd olunmuşdur ki, hər hansı şəxs barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta tötədilməsinə adiyyəti olmadıqda və ya təqsirliyi sübuta yetirilmədikdə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, hesab edirəm ki, şikayət qanuni və əsaslı olduğuna görə səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş X4 Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsi ilə təqsirli bilinib 2200 manat miqdarında cərimə edilməsinə dair dair 25 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarı qanunsuz sayılaraq, ləğv edilməli və bununla əlaqədar səlahiyyətli orqan tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X11 qəbul etdiyi 25 sentyabr 2023-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti şikayət verən şəxsə və səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-283/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-283/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver