Məhkəmə qərarları › İş №3(033)-286/2020

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-286/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-286/2020 11.08.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Elbrus Hacıbala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdəZaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, il ərzində eyni inzibati xətanı təkrar törətməmiş, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində Zaqatala rayonu Muxax kəndində yaşadığı evin həyətində keçmişhəyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sol qoluna iki dəfə təpikvuraraq və sağ əlinin üstünü cırmaqlayaraqona sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (bundan sonra-Zaqatala RPŞ-in İTB) polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (bundan sonra-Zaqatala RPŞ-in İTB) polis sahə rəisi, polis baş leytenantı X2 izahatında qeyd edilən inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədildiyini bildirərək, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs keçmiş həyat yoldaşıdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində keçmiş həyat yoldaşı Şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu nalayiq ifadələrlə təhqir etmiş, qoluna iki dəfə təpiklə vurmuş və sağ əlini cırmaqlamışdır. Həmin vaxtı özünü müdafiə etmək üçün onun əynindəki köynəyindən tutmuş, Zeynal isə tövlədən əlinə lom götürərək üstünə gəlmişdir. Hazırda o, keçmiş əri Şəxslə barışmır. Odur ki, onun haqqında qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xətanı törətməktə özünü təqsirli bilmədiyini, ona heç bir xəsarət yetirmədiyini bildirdi və barəsində başladılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və polis işçisinin izahatlarını və çıxışlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işin halları ilə tam sübuta yetirilmişdir və o, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Zaqatala RPŞ-in Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Ramazan Hüşənov tərəfindən Zaqatala RPŞ-in rəisi, polis polkovniki Vəfadar Orucova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakiniZərərçəkmiş şəxs DİN-nin “102” xidməti zəng mərkəzinə və Zaqatala RPŞ-nə müraciət edərək, həmin tarixdə saat 16 radələrində yaşadığı evin həyətində keçmiş əri Şəxs ilə aralarında baş verdiyini, mübahisə zamanı Səxavət onu nalayiq sözlərlə təhqir etdiyini, sol qoluna iki dəfə təpik vurduğunu və sağ əlinin üstünü cırmaqladığını bildirmişdir. Zaqatala rayonu Muxax kənd sakini Şəxs xx.xx.2020-ci il tarixdə Zaqatala RPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 15 radələrində yaşadığı evin həyətində keçmiş arvadı Diləfruzun ona nalayiq sözlər deyərək üstünə gəldiyini, sinəsini cırmaqladığını və belinə yumruqlar vurduğunu bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Zaqatala rayonu Muxax kənd sakini Zərərçəkmiş şəxs ilə keçmiş əri Şəxs arasında yaşadıqları evin həyətində ailə-məişət zəminində mübahisə baş vermiş, mübahisə zamanı Şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs əli ilə vuraraq ona sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs Zərərçəkmiş şəxs tərəfindən sinəsinin cırmaqlanması və belinə yumruqlar vurulması xüsusutları öz təsdiqini tapmamışdır. Surəti işə əlavə edilmiş Zaqatala RPŞ-in Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırılma nəticəsində Zərərçəkmiş şəxs və Şəxs müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətinin Zaqatala RPŞ-in İTB-nə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda öz əksini tapmış Məhkəmə Tibbi Ekspertiza və X3 Zaqatala Rayon Şöbəsinin 329 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlinin arxa səthində sıyrıq – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə insan bədəninin (əl və s.) təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin Qeydinin 3-cü hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü seçərkən, onun inzibati məsuliyyətini yüngülləşdirən halı nəzərə aldım. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 33.1-ci maddəsində nəzərdə tutulmuş tinzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22,30, 31.4, 43, 114-cü və 115-ci maddələrinə əsaslanaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkən şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Elbrus Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar