Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-287/2023 26.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakları ilə, Şikayət verən şəxs X4 Zaqatala rayon polis şöbəsinin inzibati tənbeh vermə haqqında 19 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon polis şöbəsinin inzibati tənbeh vermə haqqında 19 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala Rayon Polis Şöbəsinin TP5995162 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarına əsasən onun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 329.1 -ci və 327.3-cü maddələri ilə təqsirli bilib, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Qərar qəbul edən orqan hesab etmişdir ki, onun tərəfindən ona məxsus nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 -ci və 327.3-cü maddələrində nəzərdə tutulan əməl törədilmişdir. Qərar qəbul edən orqan bu qənaətə yalnız formal mülahizələr əsasında gəlmişdir. Belə ki, protokolda xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zaqatala DYPB-nin YPX inspektorlarının qanuni tələblərinə tabe olmamağı və ictimai qaydanı pozmağı göstərilsə də, bu halları təsdiq edən sübutlar, o cümlədən video görüntülər işə əlavə edilməmiş, ümumiyyətlə belə sübutlar mövcud olmamışdır. Bununla yanaşı tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmamağı ilə bağlı hər hansı hərəkətlər edilməmişdir. Bundan başqa onların qanuni tələblərinə qəsdən tabe olmama nədə ifadə olmasına dair də işdə heç bir sübut yoxdur. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə şikayətçinin iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin X10 Bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X7 izahatında göstərdi ki, X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar qanuni, əsaslı və ədalətlidir. Belə ki, X6 xx.xx.2023-cü il tarixində, saat 11:46 radələrində Mercedes Benz E270 minik markalı, 90DP570 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi halına yol verməsinə görə İXM-nin 329.1-ci və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu əsaslarla da tərəfindən X6 barəsində 19 sentyabr 2023-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da 19 sentyabr 2023-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X4 şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,xx.xx.2023-cü il tarixdə, saat 11:46 radələrində Mercedes Benz E270 minik markalı, 90DP570 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi halına yol verməsinə görə İXM-nin 329.1-ci və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı protokoldan görünür ki, X6 “etirazım yoxdu” qeydini yazmışdır. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, nəqliyyat vasitəsi X6 tərəfindən duracağa gətirilmişdir. Aktla razı olduğunu imzası ilə təsdiq etmiş, “etirazım yoxdur” qeydini yazmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-yüz manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini, həmçinin həmin xətanı təsdiq edən sübutların iş əlavə edilməməsini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, öz mövqeyini heç bir halla əsaslandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X4 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. X6 barəsində tərtib olunmuş protokola öz xətti ilə etirazının olmaması barədə qeyd aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir Məhkəmə şikayətin yuxarıda qeyd edilən hallarını ümumilikdə əsassız hesab edir və həmin halları inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir Həmçinin iş materiallarına əlavə edilmiş İXP ******* saylı protokoldan da görünür ki, X6 “etirazım yoxdu” qeydini yazmışdır. Habelə iş materialllarına əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, nəqliyyat vasitəsi X6 tərəfindən duracağa gətirilmişdir. Aktla razı olduğunu imzası ilə təsdiq etmiş, “etirazım yoxdur” qeydini yazmışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 əməlində İXM-in 329.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Zaqatala rayon polis şöbəsinin tənbeh vermə haqqında 19 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta iş üzrə icraatına xitam verilməsi barədə tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-287/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-287/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver