Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-287/2025 12.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 80000.00 ABŞ dolları məbləğində olan vəsaiti 05 aprel 2023-cü il tarixdə xaricə köçürmüş, ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də 80000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 06 aprel 2025ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 08 may 2025-ci il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru müraciət edərək bildirmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiallarda şirkətin 80000 ABŞ dollar qarşılığında alınmış malların geri qaytarılmaması göstərilir. Xarici şirkətin hesabına pul köçürülsə də həmin şirkət şəraitin dəyişməsi səbəbindən pulları qəbul etmədən vəsait yenidən geri, yəni şirkətin hesabına qaytarılmışdır. Bu vəsatətə əlavə edilmiş bank sənədlərindən vəsaitin geri qaytarılması təsdiq edilir. Bu sənəddən göründüyü kimi kontragent tərəfindən xx.xx.2023-cü il tarixdə onların hesaba 84907 ABŞ dolları vəsaiti qaytarılmışdır. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Şəxs Muğanbank ASC-də yerləşən bank hesabından çıxarışdan görünür ki, 2023-cü ilin 4-cü ayında 84907 manat (79361 ABŞ dolları) Metal Products CTRX yə xx.xx.2022-ci il tarixli müqavilə əsasında ödənmiş avans geri qaytarılmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı məktubdan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş vəsaitin hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim olunmamışdır. Həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 80000.00 ABŞ dolları köçürmə əməliyyatı edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 80000 ABŞ dolları vəsaitin xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən avans olaraq ödənilməsi tapşırılmışdır. xx.xx.2022-ci il tarixli 010922C nömrəli müqavilədən görünür ki, müqavilə alıcı Altun tel MMC ilə satıcı X5 X4 X1 Limited Şirkəti arasında məhsulların alqı-satqısı ilə bağlı bağlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırmasında məhkəmə müəyyən etdi ki, Şəxs ilə Qırgızıstan Respublikasının X5 GİDA İNŞAAT TEKSTİL TAŞİMACLİK İTHALAT İHRACAT LİMİTED ŞİRKƏTİ şirkəti ilə arasında bağlanmış müqavilə əsasında Şəxs xx.xx.2023-cü il tarixdə 80000.00 ABŞ dolları məbləğində vəsaiti X5 GİDA İNŞAAT TEKSTİL TAŞİMACLİK İTHALAT İHRACAT LİMİTED ŞİRKƏTİ-nin hesabına köçürmüşdür. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürülmüş 80000.00 ABŞ dolları vəsait elə 2023-cü ilin 5-ci ayında geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 08 may 2025-ci il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 08 may 2025-cü il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-287/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-287/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver