Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-289/2022 13.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Şikayət verən şəxs X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 iştirakları ilə, Şikayət verən şəxs X3 Zaqatala RPŞ-nin polis leytenantı X10 tərəfindən barəsində 09 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 sentyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu polis leytenantı X7 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X8 barəsində İXP4881844 nömrəli protokol tərtib etmişdir. Həmin protokola əsasən Zaqatala rayonu polis leytenantı X10 onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 60 (altmış) manat cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar” tərtib etmişdir. Həmin qərarı qanunsuz hesab edir. Çünki ona qanunsuz cərimə yazılaraq qərar tərtib edilmişdir. Qərarın surətini xx.xx.2022-ci il tarixdə almışdır. Hesab edir ki, barəsində inzibati araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun hüquqları pozulmuşdur. Belə ki, İXM-nin 122.1-ci maddəsində deyilir ki, 327.2-ci maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Hazırki inzibati xətada isə foto və video görüntüləri yoxdur. Buna görə də DYP-nin polisi tərəfindən elektron qərar qəbul oluna bilməzdi. Hazırki inzibati qərarda isə foto və video görüntülərin olması ona şifahi olaraq bildirilsə də, inzibati qərara və inzibati protokola əlavə edilməmişdir. Həmin Məcəllənin 124.4-cü maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsinin video yazısı həmin iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Məhkəmə qarşısında vəsatət qaldıraraq xahiş edir ki, əgər xətanın törədilməsini qeydə alan video görüntülər vardırsa, polis şöbəsindən tələb olunsun. Həmin video görüntülər üzrə ekspertiza təyin edilsin. Hazırki iş üzrə polislərin dedikləri kimi inzibati xəta hadisəsi foto və ya video funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə baxmayaraq o, polis serjantı X8 tərəfindən 09 sentyabr 2022-ci il tarixdə saxlanılaraq barəsində protokol tərtib edilmişdir. Hansı ki, həmin protokol inzibati xəta tərkibi var idisə real vaxt rejimində elektron qaydada onu saxlamadan tərtib edilməli idi. Bundan sonra həmin protokol üzrə qərar 24 sentyabr 2022-ci il tarixdə polis leytenantı X10 tərəfindən polis şöbəsinə çağırılaraq tərtib edilmişdir. O, hər hansı yolayrıcını keçmə qaydalarını pozmamışdır. Şikayət verdiyi qərarı qanunsuz hesab edir. Hesab edir ki, barəsində inzibati araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun hüquqları pozulmuşdur. Buna görə də, qərar ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şikayət verən şəxs X6 şikayət ərizəsini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 izahatında göstərdi ki, X3 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni, əsaslı və ədalətlidir. X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 60 manat məbləğində cərimə edilmişdir. Belə ki, xidmətdə olduqları zaman X6 idarə etdiyi ** ED *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olarkən qarşıdan hərəkətdə olan nəqliyyat vasitəsini gözləmədən hərəkətini davam etdirmişdir. Qeyd olunan hal yol patrul xidməti avtomobilinə quraşdırılmış videokamera vasitəsi ilə də qeydə alınmışdır. Onu bu əsasla saxlamışlar. Xidməti avtomobildən düşüb X3 idarə etdiyi ** ED *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq özünü təqdim etmişdir. Bundan sonra X1 olduğunu bildirmişdir. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da tərəfindən X6 barəsində 09 sentyabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, X6 09 sentyabr 2022-cu il tarixdə, saat 15:49 radələrində X3 idarə etdiyi «Ford Transit» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri, F.Əmirov küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında onun barəsində 24 sentyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X6 inzibati xəta hadisəsi törətmədiyini, həmin hadisənin görüntülərinin olmamasını, sonradan videogörüntünün ona göstərildiyini, bununla bağlı ekspertiza təyin olunmasını, həmin görüntüdən onun xətanı törətməsi görünmədiyini bildirmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən şikayət verən şəxs X3 xahişi nəzərə alınaraq Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən onun idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X2nun 09 sentyabr 2022-cu il tarixdə, saat 15:49 radələrində «Ford Transit» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri, F.Əmirov küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozmaqla hərəkətini davam etdirərək yol hərəkəti qaydalarını pozduğu müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X6 idarə etdiyi «Ford Transit» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qarşıdan ona tərəf hərəkətdə olan avtomobili gözləmədən sol yan tərəfə hərəkət edərək yolayrıcını keçmə qaydalarını pozmuşdur. Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında dəfələrlə baxış keçirildikdən sonra X6 hadisənin videoçəkilişdə göründüyü kimi olduğunu bildirdi. Lakin, həmin vaxt ona tərəf gələn polis avtomobilinin uzaqda olduğunu, polis əməkdaşı sfetoforun sarı işığında hərəkətini davam etdirdiyini, ona görə də, o, həmin avtomobili gözləmədiyini, qaydanı pozmadığını təkidlə bildirdi. Halbuki diskdən açıq aydın şəkildə görünür ki, əsas yolun orta hissəsində avtomobili ilə gözləmədən hərəkətdə olan X6 digər hərəkətdə olan polis əməkdaşının hərəkətdə olan avtomobilinin hərəkətinə mane olur. Göründüyü kimi, şikayət verən şəxs X6 şikayətində qayda pozuntusu etmədiyini, ona qərəzli olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar da öz təsdiqini tapmamışdır. Məhkəmə isə yuxarıda qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 60-cı maddəsinin İV hissəsinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Həmin Qanunun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X3 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, onun vəsatəti əsasında alınaraq tədqiq edilmiş Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X3 09 sentyabr 2022-cu il tarixdə, saat 15:49 radələrində «Ford Transit» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri F.Əmirov küçəsi istiqamətinə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 “Zaqatala RPŞ-nin polis leytenantı X10 tərəfindən barəsində 09 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 sentyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-289/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-289/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver