Məhkəmə qərarları › İş №3(033)-29/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-29/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-29/2023 06.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1990-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Sadıqova X9 rayon İcra və probasiya Şöbəsinin icraatında olan icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində inzibati protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və probasiya şöbəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclası zamanı protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin MTT(107)-21/2022 saylı 07 aprel 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçılar X4 və X2 nəvələri 29 sentyabr 2012-ci il təvəllüdlü X10, 18 sentyabr 2014-cü il təvəllüdlü X11 və 02 mart 2020-ci il təvəllüdlü Sadıqov Ruslan (Ehsan) Ruslan oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək olan müddətdə ünsiyyət saxlamaq hüququ təmin edilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, borclu X8 tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin o, qətnaməni könüllü olaraq icra etməmişdir. Bundan sonra, tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu qətnaməni bir dəfə, yəni 08 yanvar 2023-cü il tarixdə icra etməmişdir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclası təxirə salındıqdan sonra hazırda icra sənədinin icrası tam təmin olunur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Şəki Apelyasiya Məhkəməsinin MTT(107)- 21/2022 saylı 07 aprel 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçılar X4 və X2 nəvələri 29 sentyabr 2012-ci il təvəllüdlü X10, 18 sentyabr 2014-cü il təvəllüdlü X11 və 02 mart 2020-ci il təvəllüdlü Sadıqov Ruslan (Ehsan) Ruslan oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək olan müddətdə ünsiyyət saxlamaq hüququ təmin edilməlidir. O. icra sənədinin icrasına hər hansı maneçilik törətmir. 8 yanvar 2023-cü il tarixdə uşağı xəstə olduğu üçün görüş baş tutmamışdır. Bundan başqa, qalan vaxtlarda uşaqla ünsiyyət təmin edilmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra da, uşaqlarla baba və nənənin ünsiyyəti təmin olunmuşdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 və X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edildikdən sonra məhkəmə tərəfindən iki həftəlik müddət təyin edilərək məhkəmə iclası təxirə salınmış və görüşün baş tutması üçün şəraitin yaradılması borcluya bildirilmişdir. Bundan sonra, borclu tərəfindən icra sənədi icra edilmiş və nəvələri ilə ünsiyyət qurmalarına şərait yaradılmışdır. Ona görə də, hazırki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Şəki Apelyasiya Məhkəməsinin MTT(107)-21/2022 saylı 07 aprel 2022-ci il tarixli icra sənədi hazırda icra edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədini artıq icra edir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatı, tələbkarların ərizəsi və Zaqatala rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş aktlarla öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etdiyindən şərait dəyişmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı hazırda Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs hazırda əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar