Məhkəmə qərarları › İş №3(033)-291/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-291/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-291/2022 10.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4, zərərçəkmiş şəxslər X5, X6, onların qanuni nümayəndəsi X3 və Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarına baxaraq, müəyyənetdim: Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X10 tərəfindən 10 oktyabr 2022-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki, o, 23 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Muğanlı kəndində küçədə qonşuları İlkin və Elçin Nəsibovlara sillə vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, ibtidai araşdırma düzgün aparılmamış, təhqiqatçı işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış və qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərarı ona təqdim etmədən onun inzibati məsuliyyətə cəlb olunmasından ötrü həmin qərarın surətini Zaqatala Rayon Polis Şöbəsinə göndərmişdir. Həmin qərardan narazı olduğunu, lakin həmin qərar ona təqdim edilmədiyindən qərardan şikayət verə bilmədiyini, qərardan şikayət verəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərarından narazı olduğunu, onun həmin qərardan şikayət vermə hüququnun olduğunu bildirdi. Ona görə də, onun hüquqlarının pozulmaması nöqteyi nəzərindən protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X10 izahat verərək göstərdi ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərarının rəsmi qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilməsi barədə hər hansı sübutları yoxdur. Protokolun geri qaytarılmasına etiraz etmir. Qərarın surətini özü rəsmi qaydada Şəxs təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X5 və X6 qanuni nümayəndəsi X9 protokolun baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zaqatala Rayon Polis X2 təhqiqatçısı X8 tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada verilmədiyindən və onun həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında materiala hal-hazırda baxılması mümkün deyildir. Buna görə də inzibati xəta haqqında material onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda qeyd olunan nöqsanı işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntu protokol tərtib edilənədək yol verilmiş pozuntudur. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X10 tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar