Məhkəmə qərarları › İş №3(033)-291/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-291/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-291/2024 16.09.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Şikayət verən şəxs «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X1 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X4 baş əmək müfəttişi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X4 rəisi vəzifəsini müvəqqəti icra edən X14 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarına xitam verilməsi barədə «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X4 rəis vəzifəsini müvəqqəti icra edən X15 tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X20 (bundan sonra PHŞ) direktoru olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola əsasən X18 Xidmətinin X4 rəis v.m.i.e. X15 tərəfindən 700 manat cərimə olunmağı barədə 22 avqust 2024-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin protokolu və həmin protokol əsasında qəbul edilmiş 22 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. Çünki, vətəndaş X13 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli, 242 nömrəli əmrinə əsasən xəstəxananın “İnformasiya texnologiyaları mütəxəssisi” vəzifəsinə müddətli olaraq (xx.xx.2024-cü il tarixədək) işə qəbul edilmişdir. Lakin həmin işçi “Facebook” sosial şəbəkəsində “Roma Aliyev” adlı hesab açaraq uzun müddət Xəstəxananın direktoru olaraq onun və direktor müavinlərinin, o cümlədən digər əməkdaşların barəsində əsassız və şər-böhtan xarakterli məlumatlar yayaraq, tibb müəssisəsinin nüfuzuna xələl gətirən, eləcədə xəstəxana rəhbərliyinin şərəf və ləyaqətinə toxunan neqativ yazılar paylaşmışdır. Qeyd olunanlarla bağlı Zaqatala Rayon Polis Şöbəsinə müraciət olunmuş və polis tərəfindən həmin hesabın X9 məxsus olması və paylaşılan məlumatların onun tərəfindən edildiyi müəyyən edilmişdir. Daha sonra X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 146 və 147-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tərəfindən Zaqatala rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət olunmuşdur. Məhkəmə iclası zamanı şikayət verən şəxs «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, inzibati tənbeh vermə haqqında 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi baş əmək müfəttişi X8 izahatında göstərdi ki, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət edərək xx.xx.2024-cü il tarixdən işlədiyi «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən işdən əsassız yerə kənarlaşdırıldığını və həmin tarixdən ona əmək haqqı üzrə ödənişlərin aparılmadığını və ona ödənmədiyini bildirmişdir. Müraciət əsasında araşdırma aparılmış, işə götürən tərəfindən Məcəllədə nəzərdə tutulan əsaslar olmadan işçinin işdən kənarlaşdırılması işçiyə əmək haqqı hesablanmaması və ödənilməməsi halları müəyyən edilmiş və «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edildiyindən 01 avqust 2024-cü il tarixdə onun barəsində MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X5 tərəfindən hər hansı sübut təqdim edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh aşağı həddə tətbiq edilmişdir. Şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət verən şəxs «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X1 şikayətini, iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X4 rəisi vəzifəsini müvəqqəti icra edən X14 tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-cü maddəsinin 1 hissəsinin c bəndinə əsasən işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-cü maddəsinin 2 hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Həmin Məcəllənin 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən bu işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarında işçinin işdən kənar edilməsi əsasları qəti şəkildə qeyd edilmişdir. İşin materiallarından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə işdən kənar edilməsi müvafiq sübutlar (şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq aktı və s.) toplanılaraq sənədləşdirilməmişdir. Bununla da işçi işəgötürən tərəfindən əsassız yerə işdən kənarlaşdırılmaqla, işçiyə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normasından görünür ki, əmək qanunvericiliyinin həmin tələbinə əməl edilməməsi əmək qanunvericiliyində nəzərdə tutulmuş işçinin əmək və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsi kimi qiymətləndirilir. Göründüyü kimi, X6 “onun “Facebook” sosial şəbəkəsində “Roma Aliyev” adlı hesab açaraq uzun müddət Xəstəxananın direktoru və direktor müavinlərinin, o cümlədən digər əməkdaşların barəsində əsassız və şər-böhtan xarakterli məlumatlar yayaraq, tibb müəssisəsinin nüfuzuna xələl gətirən, eləcədə xəstəxana rəhbərliyinin şərəf və ləyaqətinə toxunan neqativ yazılar paylaşması” əsas götürülərək, işdən kənarlaşdırılmaqla əmək haqqının hesablanmaması və ödənilməməsi «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞnin direktoru X2 məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X1 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş iş materiallarından görünür ki, «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X5 tərəfindən “Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-də işləyən X6 əsassız yerə işdən kənarlaşdırılmaqla, işçiyə əmək haqqı hesablanmaması və ödənilməməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə şikayətçi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərmiş həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktoru X1 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X4 rəisi vəzifəsini müvəqqəti icra edən X14 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar