Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-292/2022 25.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Şikayət verən şəxs X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX-nin inspektoru polis serjantı X4 iştirakları ilə, Şikayət verən şəxs X3 “Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX-nin inspektorunun onun barəsində 26 sentyabr 2022-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, TP ******* saylı, 26 sentyabr 2022-ci il tarixli Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX inspektoru polis serjantı X7 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Balakən şəhəri S.Gözəlov küçəsində ona məxsus MİTSUBİSHİ AİRTİREK minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX inspektoru polis serjantı X7 tərəfindən saxlanılaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan narazıdır. Hesab edir ki, qərar ləğv edilməlidir. Bildirir ki, onun hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur. İnzibati xətanın törədilməsini sübuta yetirmək vəzifəsi vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxılıb tədbir görülməsi üçün Zaqatala Rayon Polis Şöbəsinə göndərilmişdir. Lakin, inzibati material natamam olduğu üçün Balakən RPŞ-yə geri qaytarılmışdır. Onun, Konstitusion hüquqları pozulub. O, milliyətcə avardır. YPX inspektoru polis serjantı X8 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən tərcüməçi dəvət etməmişdir. Obyektiv şəkildə video görüntüyə baxış keçirilməmişdir. Avtomobilinin saxlanılması saatı inzibati xəta haqqında protokolda və qərarda göstərilən saatla üst-üstə düşmür. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraat xitam verilir. Şikayət verən şəxs X6 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, o, nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yolunda hərəkət istiqamətinin əksinə hərəkət etməmiş və qaydaları pozmamışdır. O, heç bir qanun pozuntusu etmədiyi halda polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə edilmişdir. Bundan başqa o, sözügedən inzibati xəta törədilməsində özünü ümumiyyətlə təqsirli bilmir, sözügedən inzibati xətanı törətməmişdir. Hazırda isə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX-nin inspektoru polis serjantı X8 izahatında göstərdi ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, birtərəfli hərəkət yolu olan Balakən şəhəri, S. Gözəlov küçəsində hərəkət istiqamətinin əksinə hərəkət edərək qaydanı pozmuşdur. Qeyd olunan hal yol patrul xidməti avtomobilinə quraşdırılmış videokamera vasitəsi ilə də qeydə alınmışdır. Onu bu əsasla saxlamışlar. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da X6 barəsində 30 avqust 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında 26 sentyabr 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 30 avqust 2022-ci il tarixdə, saat 14:02 radələrində idarə etdiyi Mitsubishi Airtirek minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birtərəfli hərəkət yolu kimi nəzərdə tutulmuş Balakən şəhəri, S.Gözəlov küçəsində hərəkət istiqamətinin əksinə hərəkət edərək yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX inspektoru polis serjantı X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında 26 sentyabr 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X6 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 26 sentyabr 2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX inspektoru polis serjantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX inspektoru polis serjantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 30 avqust 2022-ci il tarixdə, saat 14:02 radələrində idarə etdiyi Mitsubishi Airtirek minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən şəhəri N.Nərimanov küçəsində birtərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək S.Gözəlov küçəsinə çıxmaqla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X6 idarə etdiyi Mitsubishi Airtirek minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX inspektoru polis serjantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında dəfələrlə baxış keçirildikdən sonra X6 hadisənin videoçəkilişdə göründüyü kimi olmadığını, o, N.Nərimanov küçəsi ilə hərəkət etmədiyini israrla bildirmişdir. Halbuki çəkilişə baxdıqda onun dedikləri öz təsdiqini tapmamış, ona çəkiliş dəfələrlə göstərilmiş, lakin Əhməd Xaşayev yenə də, onun idarə etdiyi avtomobilin həmin küçə ilə hərəkət etmədiyini bildirmişdir. Göründüyü kimi, şikayət verən şəxs X6 şikayətində qayda pozuntusu etmədiyini, ona qərəzli olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar da öz təsdiqini tapmamışdır. Məhkəmə isə yuxarıda qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X3 oğlunun və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX inspektoru polis serjantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X3 30 avqust 2022-ci il tarixdə, saat 14:02 radələrində idarə etdiyi Mitsubishi Airtirek minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birtərəfli hərəkət yolu kimi nəzərdə tutulmuş Balakən şəhəri, N.Nərimanov küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək yol hərəkəti qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 “Balakən Rayon Polis X13 Polisi Bölməsinin YPX-nin inspektorunun onun barəsində 26 sentyabr 2022-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-292/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-292/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver