Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-294/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Əliyeva Ayşə İsrafil qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC-nin (VÖEN) ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 sentyabr 2023-cü il tarixli, EP №0141402 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 65000.00 Avro məbləğində vəsaiti 13 sentyabr 2021-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsədə, 65000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 14 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə bağanmış müqavilə əsasında xx.xx.2021-ci tarixdə 65000 Avro miqdarında pul vəsaitini siqaret istehsalında istifadə olunan mal materialların alınması üçün Serbiya Respublikasında fəaliyyət göstərən “X2” şirkətinə köçürülmüşdür. Onlar həmin malları komersiya şirkəti olaraq qazanc əldə etmək məqsədi ilə Belarus Respublikasında fəaliyyət göstərən İnter Tobbacco LLC şirkətinə satmaq üçün almışlar. Həmin mallar xx.xx.2021-ci ildə Poti Limanına gəlmiş və oradan da eynu yük maşınları ilə Belarus Respublikasında fəaliyyət göstərən “İnter Tobacco” LLC göndərilmişdir. Qeyd olunan əməliyyatlar CMR-lə təsdiq olunur. xx.xx.2021-ci il tarixli "xxxx" MMC ilə İnter Tobacco LLC arasında bağlanmış müqaviləyə əlavə olunmuş pulun ödənilməsi üçün xx.xx.2022-ci il tarixli 22 və 23 saylı spesifikasiyalardan görünür ki, Serbiya istehsalı olan tütün məlumatları üçün hər bir spesifikasiya üzrə 46530 Avro miqdarında İlham M MMC üçün pul ödənilməlidir. Daha sonra xx.xx.2022-ci il tarixli Bank VTB-dən verilmiş cavabdan məlum olur ki, digər spesifikassiyalarla yanaşa SP22 və SP23 üzrə də ümumi 234.953.18 manat miqdarında pul vəsaiti İnter Tobacco şirkətindən İLHAM- M MMC-in hesabına ödənilmişdir. Bu təqdim etdiyi sənədlər ilə təsdiq olunur. Qeyd etdiklərinə əsasən şirkətin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2023-cü il tarixli, EP №0141402 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 65000.00 Avro məbləğində vəsaiti 13 sentyabr 2021-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsədə, 65000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarında olan 12072021/17 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X4 ilə “Tədarükçü” adlanan "xxxx" MMC-nin direktoru X5 arasında malların alqı-satqısına dair bağlanmış müqavilə ilə “Tədarükçü” istehsal və tədarük etməyi Alıcı isə təhvil verilmiş Malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və 12072021/17 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olunmuş 22 və 23 saylı spesifikasiyalardan görünür ki, qeyd olunan kontrakt əsasında Serbiyadan alınmış tütün məmulatlarına görə hər spesifirasiya üzrə 46530 EUR məbləğində pul vəsaiti “İnter Tobacco” LLC tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan 25/2021 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” adlanan “X3, A.D. “DİB” Bujanovac”-nın direktoru Nebojsa Jankovic ilə “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X5 arasında müqavilənin şərtlərinə uyğun olaraq Satıcı Alıcının sərəncamında olan Malları satmağa və çatdırmağa və Malların mülkiyyət hüququnu Alıcıya verməyə, Alıcı Malları almağa və çatdırılmasını qəbul etməyə və razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Ziraat Bank Azərbaycan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Banka ünvanlanmış məktubdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə 65000 EUR vəsait ölkədən xaricə köçürülmüşdür. İş materiallarında olan “Bank VTB”-nin "xxxx" MMC-yə ünvanlandığı 3316 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə OOO İnter Tobakko şirkəti tərəfindən "xxxx" MMC-nin Bank VTB (Azərbaycan) ASC-də olan AZ82VTBA**********4237AZN001 saylı hesabına 234 953.18 AZN daxil olmuşdur. İş materiallarında olan “Bank VTB” tərəfindən təsdiq olunmuş ödəniş tapşırığından məlum olur ki, daxil olmuş pul vəsaiti həm də 22 və 23 saylı spesifikasiyalar üzrə alınmış mallara dair ödənilmiş pul vəsaitidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İş üzrə müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, "xxxx" MMC ilə “X3” arasında xx.xx.2021-ci il tarixdə Bərpa edilmiş (Homogenləşdirilmiş) tütünün təchizatına dair 25/2021 saylı müqavilə bağlanmışdır. Müqavilə əsasında "xxxx" MMC tərəfindən şirkətin hesabına 65000.00 Avro miqdarında pul vəsaiti köçürülmüşdür. Eyni zamanda xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin direktoru X4 ilə “Tədarükçü” adlanan "xxxx" MMCnin direktoru X5 arasında 12072021/17 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında “X3” şirkətindən alınmış tütün məmulatları "xxxx" MMC-yə satılmışdır. “X3” şirkətinə ödənilmiş vəsait isə 21.07.22-ci il tarixdə “OOO İnter Tobakko” şirkəti tərəfindən "xxxx" MMC-nin Bank VTB (Azərbaycan) ASC-də olan AZ82VTBA**********4237AZN001 saylı hesabına digər vəsaitlərlə bərabər olaraq ümumi 234 953.18 AZN daxil olmuşdur. Qeyd olunan müqavilə üzrə ölkə xaricinə köçürülmüş pul vəsaitinin Azərbaycan Respublikasına qaytarılması bankın möhürü ilə təsdiq olunmuş 22 və 23 saylı spesifikasiyalar üzrə ödəniş tapşırığına əsasən ödənildiyi öz əksini tapır. Hesab edirəm ki, inzibati xəta haqqında materialda olan sübutlarla "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq mallar idxal edilmədikdə ödənilmiş valyuta vəsaiti qanunla müəyyən edilmiş müddətdə xaricdən geri qaytarıldığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 421, 425-427, 430-432-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC-nin (VÖEN) ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 26 sentyabr 2023-cü il tarixli, EP №0141402 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-294/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-294/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver