Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-299/2025 03.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X9 qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə X6 Şöbəsinin böyük məsləhətçisi X3 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə FHN Nüvə və X1 Dövlət Agentliyi (NRFTDA)-nin rəis müavini X10 tərəfindən protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur kİ, “Zaqatala RMX-nın xx.xx.2025-ci il tarixdə keçirilmiş planlı yoxlama zamanı müəyyən olunmuşdur ki, yoxlanma nəticəsində FHN-nin NRFTDA tərəfindən müəyyən pozuntular qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması yəni, xüsusi icazənin olmaması fərdi dozimetrlərlə təmin edilməmiş işçilər radiasiya təhlükəsizliyi üzrə sənədlərin planların və inventor uçotlarının natamamlığı kimi pozuntular aşkar edilmişdir. Əlavə edir ki, radiasiya təhlükəsizliyi ilə əlaqədar müəyyən tədbirlər görülmüşdür. Şikayətində bildirir ki, xx.xx.2025-ci il tarixli MN1884426 saylı qərarın hüquqi əsası yoxdur, çünki qanun pozuntuları onun rəhbərliyindən əvvəl mövcud olmuşdur, pozuntuları aradan qaldırılması üçün zəruri tədbirləri dərhal görülmüş nəticədə inzibati xəta subyektiv və təqsirli əməlimlə bağlı deyil . Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq şikayətçi X4 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin böyük məsləhətçisi X5 şikayətin dəlillərinə etiraz edərək bildirmişdir ki, 28 aprel 2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər planlı yoxlama aparılmış, yoxlama tədbiri həyata keçirilən zaman müəssisədə ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə və radioloji-gigiyenik pasport olmaması müəyyən olunmuşdur. Həmin pozuntunun aradan qaldırılması nəzərdə tutulan müddətdə aradan qaldırılmadığı üçün vəzifəli şəxsə bildiriş göndərilərək işin baxılmasında iştirak etməsi üçün Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinə dəvət olunmuşdur. Şikayət vermiş şəxs inzibati tənbeh vermə haqqında qərarın məzmunu ilə də tanış olaraq, cəriməni qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Şikayət ərizəsində şikayətçi tərəfindən qeyd edilən rentgen aparatının sayına münasibətdə isə bildirir ki, rentgen aparatının sayından aslı olmayaraq bunun üçün tələb olunan radiasiya təhlükəsizliyi normalarına riayət edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın Yoxlama tədbirlərinin nəticələri üzrə Q-25/141 nömrəli xx.xx.2025-cü il tarixli qərardan görünür ki, müəssisənin fəaliyyətində pozuntuların aşkar edilmiş və pozuntuların aradan qaldırılması üçün görülməli tədbirlər kimi aşağıdakılar göstərilmişdir:
1. İonlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.
2. Müəssisə radioloji-gigiyenik pasport üçün NRFTDA-nə müraciət etməlidir. xx.xx.2025-ci il tarixli P-25/141 nömrəli yoxlama aktından görünür ki, İonlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə və müəssisənin radioloji-gigiyenik pasportu yoxdur. xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs X4 İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X4 İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 manat cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədləri verilmiş şikayətin dəlilləri ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. X2 mübahisələndirdiyi barəsində səlahiyyətli orqan tərəfindən tətbiq edilmiş inzibati tənbeh tədbirinə həddinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997ci il tarixli Qanununun 10-cu maddəsində göstərilən ionlaşdırıcı mənbələrdən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “Xüsusi icazə” almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə 2-ci bənddə sadalanan zəruri məlumatları təqdim etməlidir. Həmçinin 2.1.5-ci hissədə radioaktiv maddələrin hasilatı, istehsal, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumatı da təqdim etməlidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0-cı maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni: 268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə- fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, vəzifəli şəxs X2 əməlində həqiqətən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur və beləliklə onun həmin maddə ilə 3000 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
X4 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər.
Sədrlik edən: Zərifə Məmmədova