Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-3/2021 05.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Şikayət verən şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 və inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 18 saylı region üzrə X12 nümayəndəsi X1 iştirakları ilə, Şikayət verən şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 18 saylı region üzrə X12 rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 02 dekabr 2020-ci tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən şəxs «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 Xidmətinin Qax Regional Ərazi Şöbəsinin 02.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən şəxs «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 şikayətini onunla əsaslandırmışdır ki, X18 Xidmətinin Qax Regional Ərazi Şobəsinin 02.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlərdən birincisi “inzibati xəta haqqında protokol bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi”, ikincisi “işin icraatını rədd edən hallar mövcuddurmu” idi. Ancaq, bu məsələlərin heç birinə hüquqi qiymət verilmədən müvafiq qərar qəbul edilmişdir. Belə ki, birincisi, X18 Xidmətinin Qax Regional Ərazi Şöbəsinin “xxxx” MMC-nin direktoru X16 barəsində tərtib etdiyi 18.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol “xxxx” MMCnin faktiki olduğu Zaqatala rayonu, Bazar kəndində və ya hüquqi ünvanı, yəni, X9 qeydiyyatda olduğu Zaqatala rayonu, Əliabad ŞTQ-də yox, Qax şəhərində (yəni, DƏMX-nin Qax Regional Ərazi Şöbəsində) tərtib olunmuş, buna görə də protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda hər hansı bir qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti yox, onun əsli göndərilmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, protokolun imzalanmaması və ya imzalamaqdan imtina barədə protokolda hər hansı bir qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək kimi hüquqları təmin edilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 100.2-100.4-cü maddələrinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 100.2-ci mədəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolu imzalamqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İkincisi, həmin inzibati xəta haqqında protokol tərtib edildiyi 18.11.2020-ci il tarixdə işin icraatını rədd edən hallar mövcud olmuşdur (inzibati xəta hadisəsi və ya tərkibi olmamışdır). Yəni, “xxxx” MMC ilə sığortaçı “xxxx” Sığorta Şirkəti arasında bağlanılmış 10.09.2020-ci il tarixli icbari sığorta müqaviləsi olmuşdur. Bundan başqa, “xxxx” MMC-nin baş mexaniki X2 15.07.2020-ci il tarixdə xəsarət alması ilə məlum olmuşdur ki, həmin tarixdə onun işlədiyi “xxxx” MMC ilə sığortaçı arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi olmamışdır. Deməli, 15.07.2020-ci il tarixdə artıq İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin birinci cümləsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.1 -ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında protokol bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməməsinə və işin icraatını rədd edən hallar mövcud olmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bu səbəbdən də həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin qərar 07.12.2020-ci il tarixdə alınmış və ondan şikayət vermə müddəti buraxılmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 şikayətini müdafiə edərək şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 18 saylı region üzrə X12 nümayəndəsi X5 izahatında göstərdi ki, Zaqatala rayon Prokurorluğundan 15.07.2020-ci il tarixdə Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini X2 iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması ilə bağlı DƏMX-nə məlumat daxil olmuşdur. Baş vermiş bədbəxt hadisənin araşdırılması məqsədilə DƏMX-nin rəisinin müvafiq əmri ilə təhqiqat komissiyası yaradılmış və komissiyaya rəhbərlik ona həvalə edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, X10 01.07.2020-ci il tarixdən “xxxx” MMC-də baş mexanik vəzifəsində işləyir. Təhqiqat komissiyası tərəfindən bədbəxt hadisənin araşdırılması 18.11.2020-ci il tarixdə yekunlaşaraq yekun təhqiqat aktı tərtib edilmişdir. Tərtib edilmiş təhqiqat aktına əsasən məlum olmuşdur ki, “xxxx” MMC-də baş mexanik vəzifəsində işləyən X10 ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması təmin edilməmişdir. Həmçinin baş vermiş bədbəxt hadisə ilə bağlı işəgötürən “xxxx” MMC-nin direktoru X16 tərəfindən X18 Xidmətinə məlumat verilməmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli qərarının “1.8” bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X18 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X18 Xidmətinin aparatına) məlumat verməyə borcludur. Yuxarıda qeyd olunan hallara əsasən onlar tərəfindən 18.11.2020-ci il tarixdə “xxxx” MMC-nin direktoru X16 barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.0.1-ci, 469.2-ci və, 555ci maddələrinə əsasən inzibati xəta haqqında icraata başlanılmışdır. Həmin protokol əsasında inzibati xəta haqqında işə baxılması 24.11.2020-ci il tarixə təyin edilsə də, “xxxx” MMC tərəfindən edilmiş müraciətə əsasən baxış iclasının vaxtı 02.12.2020-ci il tarixə dəyişdirilmişdir. 02.12.2020-ci il tarixdə DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin inzibati binasında “xxxx” MMC-nin direktoru X16 barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxılmış və İXM-nin 469.2-ci maddəsinə əsasən barəsində icraat aparılan C.Əliyev 1.500 (bir min beş yüz) manat inzibati cərimə edilmişdir. xxxx” MMC-nin direktoru X9 DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin 02.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayəti əsassızdır. Belə ki, baş vermiş bədbəxt hadisənin araşdırılması ilə bağlı “xxxx” MMC-nin direktoru X13 təqdim edilməli sənədlərin siyahısı verilmişdir. X3 tərəfindən siyahıda adları qeyd olunan sənədlər ya yarımçıq olaraq təqdim edilmiş ya da heç təqdim edilməmişdir. Siyahıda adları qeyd olunan və təqdim edilməyən sənədlərlə bağlı işəgötürən X7 geniş izahatın alınması mümkün olmamışdır. Bu səbəbdən bədbəxt hadisənin araşdırılması prosesi xeyli gecikmiş və yekun təhqiqat aktı 18 noyabr 2020-ci il tarixdə tərtib edilmişdir. Həmin tarixdən sonra işəgötürən X16 barəsində inzibati icraata başlanılmışdır. Şikayətçi tərəfindən “xxxx” MMC-nin baş mexaniki X2 15.07.2020-ci il tarixdə xəsarət aldığı, hadisənin üzərindən 4 ay müddət keçdikdən sonra işəgötürən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi DƏMX-nin Qax Regional Ərazi Şöbəsi tərəfindən qərar qəbul edildiyi və 10.09.2020-ci il tarixdə “xxxx” sığorta şirkəti ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanıldığı qeyd olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin məcəllənin 38-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qeyd olunan hal üzrə bədbəxt hadisənin təhqiqatı 18 noyabr 2020-ci il tarixdə təhqiqat aktı tərtib edildikdən sonra aşkar edilmişdir. Həmin tarixdən “xxxx” MMC barəsində inzibati xəta haqqında icraata başlanılmışdır. Həmçinin “xxxx” MMC ilə “xxxx” sığorta şirkəti arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin 10.09.2020-ci il tarixdə bağlanıldığını nəzərə alaraq inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində qeyd olunan davam edən inzibati xətanın aradan qaldırılmasından 3 ay keçməmiş “xxxx” MMC-nin direktoru X16 inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “xxxx” MMC-nin direktoru X16 barəsində DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin 02.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir.. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət verən şəxs «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin yanında Qax Regional Ərazi Şöbəsinin baş əmək müfəttişi X5 tərəfindən 18 noyabr 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin yanında Qax Regional Ərazi Şöbəsinin rəisi X22 tərəfindən 02 dekabr 2020-ci il tarixdə qəbul edilmiş MN seriyalı ******* nömrəli qərarından görünür ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 inzibati xəta haqqında protokola əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması, işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmaması, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.0.1-ci, 469.2-ci və 555-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərara alınmışdır ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi səlahiyyətli orqan inzibati xəta haqqında protokolu bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib etmədiyinə görə və işin icraatını rədd edən hallar mövcud olduğuna görə X18 Xidmətinin Qax Regional Ərazi Şöbəsinin 02.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş, DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X5 tərəfindən tərtib edilən “xxxx” MMC-nin baş mexaniki X2 15 iyul 2020-ci ildə sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, təhqiqat zamanı X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 3(107)-13/2021 nömrəli 19.01.2021-ci il tarixli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2020ci il tarixli qərarı ləğv edilərək “xxxx” MMC-nin İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərara əlavə edilmiş Sığortaçı “xxxx” Sığorta Şirkəti ilə “xxxx” MMC arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli QH********** nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin QH**********/1 nömrəli əlavəsindən görünür ki, “xxxx” MMC işçiləri X17, X14, X11 və X6 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmişdir. Şikayətdə dəlil kimi göstərilmişdir ki, inzibati xətanın aşkara çıxarıldığı gündən üç aydan çox müddət keçməsinə baxmayaraq, 18.11.2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunmuş, bunun əsasında səlahiyyətli orqan isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X13 tənbeh tətbiq etmişdir. Halbuki, həmin inzibati xəta haqqında protokol tərtib edildiyi 18.11.2020-ci il tarixdə “xxxx” MMC ilə sığortaçı “xxxx” Sığorta Şirkəti arasında artıq 10.09.2020-ci il tarixli icbari sığorta müqaviləsi bağlanmışdı. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1 -ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. 15 iyul 2020-ci ildə “xxxx” MMC-nin baş mexaniki vəzifəsində işləyən Fərman Əhmədovun sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş bədbəxt hadisəsinin təhqiqatı aparılarkən “xxxx” MMC-nin direktoru tərəfindən işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmaması faktı aşkar edilmişdir. “xxxx” MMC-nin qanuni təmsilçisi, direktoru Cəfər Əliyevin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, o, Fərman Əhmədov xəsarət alandan sonra DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin müdiri Azər Muradovun qəbulunda olarkən həmin müəssisədə işləyən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin olmamasını bildirmişdir. Lakin, bütün bunlara baxmayaraq inzibati xətanın törədildiyi gündən üç ay keçəndən sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X8 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Bundan başqa, işdən görünür ki, həmin inzibati xəta haqqında protokol tərtib edildiyi 18.11.2020-ci ildən iki ay əvvəl, yəni 10.09.2020-ci il tarixdə artıq “xxxx” MMC ilə sığortaçı “xxxx” Sığorta Şirkəti arasında müəssisədə işləyən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdı. Belə olan halda “xxxx” MMC-nin direktoru barədə inzibati xəta haqqında protokol tərtib edilərkən, ümumiyyətlə inzibati xəta hadisəsi mövcud olmamışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, səlahiyyətli orqan protokol tərtib edərkən inzibati məsuliyyət müəyyən edən qanunun normasını da düzgün tətbiq etməmiş, protokolda İXM-də olmayan 198.0.1 və 555-ci maddələrə istinad etmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 barəsində qeyd olunan maddələrlə də inzibati icraat başlamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, protokol barəsində protokol tərtib olunmuş şəxsin iştirakı ilə tərtib olunmamış, onun tərəfindən imzalanmamış, imzalanmaması və ya imzalamaqdan imtina barədə və ona hüquq və vəzifələrin izah edilib-edilməməsi barədə orada hər hansı bir qeyd aparılmamışdır. İXM-in 100-cü (İnzibati xəta haqqında protokol) mddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0 və 53.0.6-cı maddələrinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında və bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə belə vəziyyətdə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatdığından iş üzrə icraata xitam verilməlidir. Çünki, İXM-in 53.0.6-cü maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 18 saylı region üzrə X12 rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129- 131 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 18 saylı region üzrə X12 rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-3/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-3/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver