Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-301/2023 23.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, tələbkar X2 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1991-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Zaqatala MRX-da həkim işləyən, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Zaqatala rayon İcra və probasiya Şöbəsinin icraatında olan icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində 19 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və probasiya şöbəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə baxış iclası zamanı protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X2 cavabdeh Şəxs qarşı verdiyi uşaqla ünsiyyətdə olma hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(033)-838/2023 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddiaçı X2 30 iyun 2017-ci il tarixdə anadan olmuş X6 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək anası Şəxs iştirakı olmadan ünsiyyətdə olması hüququ təmin edilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Qərardadın icrası ilə bağlı borclu icra şöbəsinə dəvət edilmiş, çağırdığı zaman borclu uşağı ilə birlikdə icra şöbəsinə gəlmişdir. Həmin vaxt tələbkar da icra şöbəsinə dəvət edilmişdir. Görüş zamanı borclu uşağı ilə tələbkarın görüşməsinə hər hansı etiraz bildirməmiş, özü könüllü uşaqla atasının görüşməsinə şərait yaratmışdır. Lakin uşaq atası ilə görüşən zaman borclu otaqdan çıxdıqda uşağına “mən gedirəm” demiş, bu zaman da uşaq anasının yanına gəlmişdir. Düzdür uşaq özü də atasının yanında çox dayanmır. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi mövcuddur. Bundan sonra, tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxış iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X8 izahat verərək göstərdi ki, protokol tərtib edildikdən sonra bir neçə dəfə tələbkar borclunun yanında olan uşağı ilə görüşmüş, qərardadın icrası təmin olunmuş, qərardadın icrası tam təmin olunmasa da, bu hal borclu Şəxs asılı olmayan səbəblərdən olmuşdur. Belə ki, müəyyən edilmiş vaxtda borclu uşağı ilə birlikdə həmin yerdə olmuşdur. Hazırda Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X2 ona qarşı verdiyi uşaqla ünsiyyətdə olma hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(033)-838/2023 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddiaçı X2 30 iyun 2017-ci il tarixdə anadan olmuş X6 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək onun iştirakı olmadan ünsiyyətdə olması hüququ təmin edilməlidir. O, icra sənədinin icrasına hər hansı maneçilik törətmir. İcra sənədində qeyd edilən vaxtda icra məmurunun çağırışı ilə uşağı ilə birlikdə gəlmiş, uşaqla atasının ünsiyyəti üçün şərait yaratmışdır. O, da uşağın atası ilə ünsiyyətdə olmasını istəyir, lakin bəzi hallarda uşaq ondan ayrı qala bilmir. Uşaq istəyir ki, ana kimi o da onun yanında qalsın. O, uşağa atası ilə əlaqədar hər hansı fikir söyləməmişdir. Uşaq özü atası ilə görüşür, ünsiyyət qurur, birdən atasından ayrılır, onun yanına qaçır. Burada onun nə günahı var. Əgər qərəzli olaraq uşağın atası ilə onun iştirakı olmadan görüşməsini istəməsəydi, onda məhkəmənin qərardadından şikayət verərdi. Yenə də qeyd edir ki, məhkəmə tərəfindən də protokol məhkəməyə daxil olduqdan sonra dəfələrlə görüş təşkil olundu, həmin görüşlərdə də, onun hər hansı maneçilik törətməsi aşkar olunmadı. Bundan başqa, qalan vaxtlarda da uşaqla ünsiyyət təmin edilmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra da, uşaqla atasının ünsiyyəti təmin olunmuşdur. Hazırda da o, uşaqla atasının görüşməsi üçün hər hansı maneçilik yaratmır. Hesab edir ki, ünsiyyət davam edən proses olduğundan gələcəkdə uşaqla atası daha rahat və sərbəst görüşəcəklər. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar X7 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən onun cavabdeh Şəxs qarşı verdiyi uşaqla ünsiyyətdə olma hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(033)-838/2023 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, onun 30 iyun 2017-ci il tarixdə anadan olmuş X6 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək anası Şəxs iştirakı olmadan ünsiyyətdə olması hüququ təmin edilməlidir. İcra sənədi qərardadda göstərilən qaydada tam şəkildə icra olunmur. Belə ki, uaşğın anası uşağı görüşə gətirsə də, uşaq biraz onunla ünsiyyət edir, daha sonra anasının yanına gedir. O, uşağı ilə sərbəst şəkildə görüşə bilmir. Uşaqla ünsiyyət qurduğu zaman hiss edir ki, evdə uşağa müəyyən təsirlər ediblər, ona basqı ediblər. Bu da uşağa təsir edir. Onunla ünsiyyətdən yayınmağa çalışır. Bu əsaslarla Şəxs uşaqla görüşməyinə maneçilik edir. Hiss olunur ki, uşaq nəzarət altındadı. Bir sözlə o, uşaqla sərbəst görüşmək istəyir. Protokol məhkəməyə təqdim edildikdən sonra da uşaqla görüşlər təşkil olundu, hər dəfə görüşdə uşağı gətirdilər, lakin o, uşaqla sərbəst görüşə bilmədi. Uşağın anası və nənəsi evdə uşağa təsir edir, uşaq ona yaxın gələ bilmir, qorxur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 16(033)-30/2023 saylı 18 sentyabr 2023-cü il tarixli icra sənədi hazırda icra edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədini icra edir. Belə ki, inzibati xəta haqqında protokol məhkəməyə təqdim edildikdən əvvəl borclu uşaqla atasının görüşünə mane olmamış, uşağı görüşə gətirmiş, lakin uşaq atası ilə görüşən zaman anasından asılı olmayan səbəblərdən icra sənədi tam şəkildə icra olunmamışdır. Bundan başqa, protokol məhkəməyə təqdim edildikdən sonra məhkəmə tərəfindən uşağın atası ilə ünsiyyət qurması üçün şərait yaradılmış, bu zaman da borclu uşağı ilə birlikdə icra sənədində qeyd edilən tələbi icra etmiş, yəni uşağı görüşə gətirmiş, uşaq atası ilə fərqli günlərdə bir neçə dəfə görüşmüş, bu zaman məhkəmə tərəfindən Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırması halı müəyyən edilməmişdir. Bundan başqa, Şəxs uşağın atası ilə görüşməsinə qərəzli olaraq maneçilik yaratması halı da məhkəmə tərəfindən müəyyən edilmədi. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və tələbkarın məhkəmə iclası zamanı verdiyi izahatı ilə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etdiyindən şərait dəyişmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı hazırda Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs hazırda əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-301/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-301/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver