Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-305/2021 16.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Zaqatala rayonu DAM polis leytenantı X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1978-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Muxax kəndində pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 16 iyul 2021ci il tarixli AP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 25 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində sürücü Şəxs sürücülük hüququ, idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi olmadan, eləcə də motodəbilqə geyinmədən idarə etdiyi «M» markalı motosikletlə Zaqatala-Qax yolu ilə Zaqatala rayonu Muxax kəndi istiqamətində hərəkətdə olduğu zaman qarşıda hərəkət edən, sürücü X3 hüququ və etibarnaməsi olmadan idərə etdiyi «Vaz-2109» markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə tormozloma əməliyyatı aparmasını görüb X12 Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi motosikleti sola manevr etməklə onu ötməkdə olan sürücü X5 idarə etdiyi «Moskviç» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində motosikletdə sərnişin qismində əyləşmiş X1 saidində əzilmiş yara ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti alması ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayonu DAM polis leytenantı X10 izahatında göstərdi ki, 25 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində sürücü Şəxs sürücülük hüququ, idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi olmadan, eləcə də motodəbilqə geyinmədən idarə etdiyi «M» markalı motosikletlə Zaqatala-Qax yolu ilə Zaqatala rayonu Muxax kəndi istiqamətində hərəkətdə olduğu zaman qarşıda hərəkət edən, sürücü X3 hüququ və etibarnaməsi olmadan idərə etdiyi «Vaz-2109» markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə tormozloma əməliyyatı aparmasını görüb X12 Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi motosikleti sola manevr etməklə onu ötməkdə olan sürücü X5 idarə etdiyi «Moskviç» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində motosikletdə sərnişin qismində əyləşmiş X1 saidində əzilmiş yara ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti alması ilə müşayiət olunan xəta törətmişdir. 07 iyul 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.6, 327.1, 329.2, 332.1, 332.4 və 342.7-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Zaqatala RPŞ-nin DYPB-nə göndərilmişdir. Bundan sonra onların izahatı alınmış və qərarın əsasında onun haqqında 16 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, atası Şaban Həmzəyev 2017cı ildə vəfat etmiş və həmin vaxtdan atasından qalma, heç bır sənədləri, yəni qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlı olmayan «M» markalı 3 təkərli motosiklet qalmışdır. Onun sürücülük hüququ və yuxarıda göstərdiyi sənədləri olmadığından o, həmin motosikleti çox vaxt kənd içərisində idarə edir. 25 iyun 2021-cı il tarixdə saat 12 radələrində yaşadığı evdə olduğu zaman həmkəndlisi Mustafa Əliyev onun həyətinə gələrək motosikletlə sahəyə gedib 2 baş xırda buynuzlu heyvanlarını evə gətirməyi xahiş etmişdir. Mustafa qonşusu olduğu üçün yox cavabı verə bilməmiş və Mustafa ilə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən örüş sahələrinə gedərək qızdırmış vəziyyətdə olan 2 baş xırda buynuzlu heyvanları götürüb motosikletin sağında yerləşən yedəyinə qoymuşlar. Mustafa isə arxa sərnişin oturacağında əyləşmiş və onlar kəndləri istiqamətində yola düşmüşlər. Saat 12:45 radələrində onlar Muxax kəndi istiqamətində hərəkətə başlamışlar və «Şərq-Vadisi» restoranına yaxınlaşdıqları zaman o, motosikileti saatda 30 km surətlə hərəkət etdirmiş, həmin vaxt həmkəndlisi Kamil idarə etdiyi «Vaz- 2109» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun motosikiletini ötüb keçmiş və keçdiyi an tormozloma əməliyyatı aparmışdır. Bu zaman o, Kamilin avtomobili ilə toqquşacaqlarını görüb motosikiletin tormoz əyləcini sıxaraq o, da tormozloma əməliyyatı aparıb motosikleti bir qədər sola manevr etmişdir ki, Kamilin avtomobili ilə toqquşmasın. Həmin vaxt onunla eyni istiqamətdə, arxadan hərəkət edən, sonradan adını öyrəndiyi Eldəniz adlı şəxs idarə etdiyi «Moskviç» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun motosikletinin yan tərəfindən sürtmüş və sürtünmənin təsirindən o, və Mustafa motosikiletdən yerə yıxılmışlar. Eldəniz adlı şəxsin idarə etdiyi avtomobilin motosikletə sürtünməsi nəticəsində Mustafa yıxıldığı zaman sağ əlindən xəsarət aldığı üçün Kamil özünə məxsus avtomobillə Mustafanı xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxslə barışmışdır, onun hər hansı şikayət və tələbi yoxdur. Qeyd olunanlarla bağlı polis şöbəsində izahat vermiş, etdiyi əməli etiraf etmişdir. O, izahatına əlavə olaraq göstərdi ki, etdiyi hərəkətdən çox peşmandır. Bir səhvdir edib. Bir də belə hərəkətlərə yol verməyəcəyini söz verir. Onun barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, onun özünə məxsus xırda buynuzlu heyvanları vardır və həmin heyvanları gündəlik olaraq bacısı oğlu X13 rayonu Aşağı Tala kəndi ərazisində otarır. 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində Elnur ona zəng edərək 2 baş xırda buynuzlu heyvanın qızdırdığını və gəlib onları sahədən aparmasını demişdir. Bu səbəbdən o, həmkəndlisi Şəxs motosikleti ilə sahəyə gedərək 2 baş xırda buynuzlu heyvanları gətirmələrini xahiş etmişdir. Onlar Həmzəyə məxsus motosikletlə sahəyə getmişlər və heyvanları motosikletin yedəyinə qoymuşlar, o, isə Həmzənin oturacağının arxasında yerləşən sərnişin oturacağında əyləşmiş və onlar sahədən çıxmışlar. Saat 12:45-də onlar Zaqatala-Muxax yolu ilə yaşadıqları Muxax kəndi istiqamətində hərəkətdə olduqları zaman onlarla eyni istiqamətdə arxadan hərəkət edən «Vaz-2109» markalı avtomobil onları ötüb keçmiş və tormozloma əməliyyatı apardıqda Həmzə də həmin avtomobillə toqquşmamaq üçün tormozloma əməliyyatı aparmışdır. Həmin vaxt onlarla eyni istiqamətdə, arxadan hərəkət edən «Moskviç» markalı avtomobil onların motosikiletini vurmuşdur. Toqquşmanın zərbəsindən motosiklet yolun zağına aşdıqda o, motosikletdən yıxılmış və sağ qolu kəsilmişdir. Daha sonra həmkəndlisi Kamil «Vaz-2109» markalı avtomobili ilə onu Zaqatala MRX-na aparmışdır. Xəstəxanada onun qolu kəsildiyi üçün tibbi yardım göstərilərək qoluna tikişlər qoyulmuşdur. Hazırda onun səhhətində heç bir narahatçılıq yoxdur, baş vermiş hadisə ilə bağlı sürücü Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6, 327.1, 329.2, 332.1, 332.4 və 342.7-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Zaqatala RPŞ-nin DYPB-nə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmalıdır. Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilərlər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-305/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-305/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver