Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-305/2025 03.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Zaqatala RPŞ-nin X10 bölməsi yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 və şikayət verən şəxs X3 iştirakları ilə, Şikayət verən şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə barəsində tərtib olunmuş EQ 27826657 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:53 radələrində idarə etdiyi Toyota- Land-Cruiser-Frado-Minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri, V.X1 Bazar ASC ərazisindəki keçən hissəsində yolun sağ tərəfində olan meyvətərəvəz satışı aparılan köşkün yan tərəfində digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmayacaq şəkildə saxlayıb 10 dəqiqəlik avtomobilindən düşüb ərzaq məhsulları almışdır. Həmin vaxt Zaqatala RPŞ-nin YPX-nın əməkdaşı barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən EQ 27826657 nömrəli inzibati qərar barədə ona təxminən yarım saat sonra SMS vasitəsi ilə bildiriş gəmiş və barəsində inzibati protokol tərtib edilməsi ona məlum olmuşdur. Əlavə edir ki çıxarılmış inzibati xəta haqqında qərar tam qanunsuzdur. Çünki idarə etmiş olduğu avtomobili yolun hərəkət hissəsinin kənarında saxlamışdır. Həmin yolun çiyni yoxdur belə ki yolun sağ çiyni ticarət obyektinin duracağıdır və ticarət obyektinin müştəriləri üçün açılır digər nəqliyyat vasitələrin daxil olması üçün müəyyən maneələr yaradılır. Zaqatala RPŞ-nin DYPB-nin YPX-nın əməkdaşı barəsində protokol tərtib edərkən ticarət obyektinin duracağını yolun hərəkət hissənin kənarı kimi qiymətləndirib qanunsuz inzibati protokol tərtib etmişdir. Belə olan halda onun park etdiyi yerdə yerləşən köşkdə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə ticarətlə məşğul olur. Göründüyü kimi, barəsində tərtib olunan qərar qanunsuzdur və ləğv edilməlidir. Ona görə də şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin X10 bölməsi yol patrul xidməti inspektoru, polis baş leytenatı X5 izahatında göstərdi ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Zaqatala şəhəri V.X1 Bazar ASC ərazisində xx.xx.2025-ci il tarixdə saat 10:53-da “Toyota-Land-Cruiser-Prado Minik” markalı, 99NX880 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 27826657 nömrəli elektron qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Zaqatala şəhəri Mikayıl Müşfiq 1 küçəsində xx.xx.2025-ci il tarixdə saat 10:53-da “Toyota-Land-Cruiser-Prado Minik” markalı, 99NX880 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərara alınmışdır ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X3 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş inzibati tənbeh vermə haqqında EQ 27826657 nömrəli elektron qərarına əsasən X3 Zaqatala şəhəri Mikayıl Müsfiq 1 küçəsində xx.xx.2025-ci il tarixdə saat 10:53-da “X9 Prado Minik” markalı, 99NX880 qeydiyyat nömrə nişanlı avtomobili ilə ikinci cərgədə durma qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə şikayətçi X3 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 27826657 nömrəli elektron qərarının ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-305/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-305/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver