Məhkəmə qərarları › İş №3(033)-310/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-310/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-310/2023 02.11.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Şikayət verən şəxs X2 DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ seriyalı 17447717 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və barəsində başlanmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətini nəzərdən keçirib m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmiş EQ seriyalı 17447717 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və barəsində başlanmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayət ərizəsini və ona əlavə olunmuş materialları işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyrimümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin məzmunundan və iş materiallarına əlavə olunmuş “ASAN ÖDƏNİŞ” sistemindən çıxarışdan görünür ki, X4 barəsində xx.xx.2023-cü il tarixində EQ seriyalı 17447717 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Lakin, ərizəyə əlavə edilmiş materiallardan hadisənin harada baş verməsini müəyyən etmək mümkün olmamış, həmçinin ərizəçi öz ərizəsində bu barədə heç bir məlumat qeyd etməmişdir. Bununla da inzibati xətanın törədildiyi yeri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir Yuxarıda qeyd edilən qanunvericilik normalarının və Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan müəyyən edilir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilməsi nəzərdə tutulmuşdur. Lakin, indiki halda inzibati xətanın törədildiyi yerin müəyyən edilməsi mümkün olmamışdır, həmçinin iş materiallarına inzibati tənbeh vermə haqqında qərara şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatət əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən xətanın törədildiyi yer və ya vəsatətlə yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 DİN BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmiş EQ seriyalı 17447717 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və barəsində başlanmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar