Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-312/2022 31.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.1993-cü il tarixdə Zaqatala rayonu Qımır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, rəsmi işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Qımır kəndində pasport qeydiyyatında olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli 23 iyun 2022-ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X4 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli 23 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq X6 ödənməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment X6 ödənməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli 23 iyun 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin tutulması və alimentin məbləği arasındakı fərq nəzərə alınmalıdır. Aliment xx.xx.2022-ci il tarixdən tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Borclu Şəxs icra sənədləri üzrə yığılmış 1467 manat aliment borcunu ödəməsi tələb edilmiş və o həmin borcu ödəməkdən imtina etmişdir. Tələbkar şikayətçi olduğundan və borcunu tam şəkildə tələb etdiyindən və borclunun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs protokol tərtib edildikdən sonra icra sənədləri üzrə yığılmış 1467 manat aliment borcundan 300 manatını ödəmişdir. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində qanuni qərar qəbul edilməsiniməhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1407/2022 nömrəli 23 iyun 2022-ci il tarixli icra sənədinə əsasən ondan iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq X6 ödənməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ondan iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment X6 ödənməlidir. Məhkəmə qərarlarından xəbərdardır. Tələbkara olan borcunu tam şəkildə ödəmək imkanı yoxdur. O yığılmış aliment borcundan 300 manat hissəsini ödəmiş, lakin borcun tam şəkildə ödənilməsi üçün maddi imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1407/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq, iddiaçı X6 ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq, iddiaçı X6 ödənilməlidir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti alimentin tutulması və alimentin məbləği arasındakı fərq nəzərə alınmalı, alimentin xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1407/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcun bir hissəsini, yəni 300 manatı tələbkara ödəmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin və borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, borclunun təqdim etdiyi ödəniş qəbzləri və məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə eyni zamanda Şəxs “Vətən Müharibəsi” iştirakçısı olmasını da nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-312/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-312/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver