Məhkəmə qərarları › İş №3(033)-315/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-315/2022

29.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-315/2022 29.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayonu polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxx 1999-cu il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1i ünvanında qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 339.1-1 və 332.3-cü maddələri ilə Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 339.1-1 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 29 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 29 oktyabr 2022-ci il tarixdə saat 12:08-də Vaz 21074 Minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 339.1-1 və 332.3-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)-315/2022 nömrəli qərardadına əsasən Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması xx.xx.2022-ci il tаrixə, sааt 15:40-a Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, inzibati xəta haqqında iş üzrə iştirakçıları məhkəmə iclasında iştirak etmələri üçün çağırılması, işin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlərin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün Zaqatala Rayon Polis Şöbəsinə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X5 Polisi Bölməsinin, polis serjantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə saat 11:24 radələrində texniki baxışdan keçirilməmiş Vaz 21074 Minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməklə idarə etmişdir. Həmin tarixdə onun barəsində xx.xx.2022-ci il tarixdə İXP4392868 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 339.1-1, 329.3, 327.2,332.3, 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Həmin cəriməni ödəmişdir. Bu qərar videogörüntülərə əsasən müəyyən edilmişdir. Həmin vaxt o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı qənaətinə gəlmişdir. Hazırda isə BDYPİ-dən daxil olmuş məktuba əsasən hansı ki, 07 yanvar 2022-ci il tarixli protokol tərtib edilən zaman əsas olmuş video görüntülərə istinad etməklə yenidən həmin şəxs barəsində xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində törətdiyi inzibati xətaya görə barəsində xx.xx.2022-ci il tarixdə İXP4392868 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2022-ci inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 339.1-1, 329.3, 327.2, 332.3, 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət verməmişdir. Hazırda onun barəsində tərtib edilmiş protokol xx.xx.2022-ci il tarixdə saat 12 radələrində törətdiyi əmələ görə tərtib edilmişdir. O, xx.xx.2022-ci il tarixdə avtoxuliqanlıq törətməmişdir və törətdiyi əmələ xx.xx.2022-ci il tarixli qərarla hüquqi qiymət verilmişdir. Ona görə də hazırki protokola xitam verilməsini xahiş edir. İşdə olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərar xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş və Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:24 radələrində VAZ 21074 minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 339.1-1, 329.3, 327.2, 332.3, 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs aid eyni fakt üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:24 radələrində VAZ 21074 minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 339.1-1, 329.3, 327.2, 332.3, 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və TP seriyalı ******* nömrəli xx.xx.2022-ci inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 339.1-1, 329.3, 327.2, 332.3, 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:24 radələrində yol verdiyi inzibati xəta ilə bağlı işə baxılaraq qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Nəticədə görünür ki, Şəxs aid eyni fakt üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olmuşdur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 29 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokolda Şəxs inzibati xətanı törətmə vaxtı 29 oktyabr 2022-ci il kimi qeyd edilmiş, halbuki tərəflərin izahatları və işdə olan sənədlərdən görünür ki, Şəxs aid edilən törədilmiş inzibati xəta 07 yanvar 2022-ci il tarixdə baş vermişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar