Məhkəmə qərarları › İş №3(033)-323/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-323/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-323/2025 30.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 Əli qızının katibliyi ilə, xx xxxx 1986-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törətməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektor polis baş leytenantı X2 tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun tərəfindən müvafiq cərimə və dəbbə pulu tam ödənildiyinə görə xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin dispozisiyasında müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə «HYUNDAİ MATRİX» minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadan, təlükəsizlik kəmərini taxmadan, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə barəsində xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXMin 342.7, 329.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 100 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 60 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 160 manat təşkil etmişdir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yenə Azərbaycan Respublikası İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi“ adlanan Azərbaycan Respublikası İXM-in 529-cu maddəsinin Qeydində müəyyən edilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. İş materiallarına əlavə edilmiş cərimənin ödənilməsi barədə qəbzdən görünür ki, yuxarıda qeyd olunan qərara əsasən yazılmış cərimə və dəbbə pulu ödənilmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulu tam ödənilmişdir. Belə vəziyyətdə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində artıq inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə qərarı qəbul edilənədək, müvafiq cəriməni və dəbbə pulunu tam ödədiyinə və onun əməlində artıq inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 48- 51, 53.1, 53.1.2, 114-117, 128-130-cu maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektor polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata o, müvafiq inzibati cəriməni və dəbbə pulunu tam ödədiyinə görə xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti Şəxs və Aərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar