Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-326/2025 21.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X3 və şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X3 tərtib etdiyi xx.xx.2025-ci il arixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Zaqatala rayonu YPX inspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş eyni nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2025-d il tarixdə saat təxminən 18:40 radələrində idarə etdiyi "VAZ 21214 MİNİK" markalı 99NL414 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində hərəkətdə olarkən YPX əməkdaşları saxla əmri verərək avtomobilini saxlatdılar. Avtomobilini yolun sağ zolağında saxladıqdan sonra YPX inspektoru polis baş serjantı sonradan adını bildiyi X5 avtomobilinə yaxınlaşaraq, ondan sənədlərini tələb etdi. O, YPX əməkdaşından saxlamağın səbəbini soruşduqda, hərəkətdə olarkən əlində mobil telefon saxladığını bildirdi. O isə ona hərəkətdə olarkən əlində mobil telefon saxlamadığını, polis əməkdaşının saxlama hərəkətindən sonra nəqliyyat vasitəsini yolun sağ hissəsinə verərək dayanan zaman musiqinin səsini azaltmaq üçün mobil telefonu əlinə götürdüyünü və barədə tərtib ediləcək protokolla razılaşmadığını bildirmişdir. Buna baxmayaraq, YPX ispektoru, polis baş serjantı X5 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində qanunsuz olaraq xx.xx.2025-d il tarixli İXP ******* nömrəli protokol tərtib etmiş və barəsində 10 gün sonra inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəyini qeyd etdi. Bundan sonra, istifadəsində olan mobil telefon nömrəsinə xx.xx.2025-ci il tarixdə sms vasitəsi ilə məlumat verildi ki, barəsində tərtib edilmiş xx.xx.2025-d il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 50 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Lakin bildirmək istəyir ki, barəsində tərtib olunmuş protokol və onun əsasında verilmiş qərar əsassızdır. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X5 izahatında göstərdi ki, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 50 manat məbləğində cərimə edilmişdir. Belə ki, o xx.xx.2025-ci il tarixdə “VAZ 21214 MİNİK" markalı 99NL414 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində hərəkətdə olarkən mobil telefondan istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinin tələblərini pozmuşdur. Sürücüyə saxlama işarəsi verildikdən sonra o, avtomobili saxlamış və ona yaxınlaşdıqda o, telefondan istifadə etdiyini etiraf etmiş və bu hal çəkilmiş video görüntü ilə sübuta yetirilir. X2 onun barəsində 102 xidmətinə şikayət etmiş, onun barəsində həqiqətə uyğun olmayan məlumatlar çatdırmış və onu şərləmişdir. Rüşvət tələb etdiyini bildirmişdir, lakin belə hal olmamışdır. Şəxs polisə qarşı aqresiv olduğundan və ondan pul tələb olunmadığı halda yanlış məlumatlar verib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:40-da Ruslan Muradov idarə etdiyi “VAZ 21214 MİNİK" markalı 99NL414 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Elektron çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində Ruslan Muradov idarə etdiyi “VAZ 21214 MİNİK" markalı 99NL414 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 50 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Məhkəmə araşdırılması zamanı X2 tərəfindən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarda göstərilmiş vaxtda X2 tərəfindən nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsi barədə heç bir əsaslandırma (sübut) mövcud deyildir. Məhkəmə tərəfindən Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən təqdim edilmiş video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, “VAZ 21214 MİNİK" markalı 99NL414 dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti dayandırdıqdan sonra polis əməkdaşı avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüyə hərəkətdə olarkən niyə mobil telefondan istifadə etməsi barədə sual ünvanlamışdır. Sürücü isə cavabında bunun mümkün olmadığını, avtomobili saxladıqdan sonra musiqini söndürmək üçün telefonu əlinə götürdüyünü qeyd etmişdir. Video görüntüdə “VAZ 21214 MİNİK" markalı 99NL414 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün polis əməkdaşı tərəfindən saxlanılarkən avtomobil hərəkətdə olarkən telefondan istifadə etməsinə dair hər hansı kadr aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.2-ci və 128.2.3-cü maddələrinə görə, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-326/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-326/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver