Məhkəmə qərarları › İş №3(033)-331/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-331/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-331/2025 09.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X7 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X1 Şəki Regional İdarəsinin inspektoru X2 iştirakı ilə, xx.xx.1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X1 Şəki Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 iyun 2025-ci il tarixdə saat 07:40 radələrində Zaqatala rayonunun Danaçı kəndində sərnişin daşıma ilə fəaliyyət göstərən Ford tranzit markalı 20EO 983 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X1 Şəki Regional İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri onlara təqdim etməkdən yayınmışdır. Bu barədə X1 Şəki Regional İdarəsinin məsləhətçisi X5 tərəfindən xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X1 Şəki Regional İdarəsinin inspektoru X5 bildirmişdir ki, Şəxs ilə bağlı sürücülər arasında ciddi narazılıqlar mövcuddur. O, müəyyən edilmiş marşrut üzrə hərəkəti gecikdirir və fərqli marşrut üzrə hərəkət edən sürücülərin xəttinə qarışır. Bu əsasla 10 iyun 2025-ci il tarixdə onun idarə etdiyi Ford tranzit markalı 20EO 983 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq onunla söhbət aparılması və vəziyyətin aydınlaşdırılması qərara alınmışdır. Qeyd edilən avtomobillə bağlı sənədlərin təqdim edilməsi tələb edilsə də o, sənədləri təqdim etməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Şəxs məsələnin sənədlərin təqdim edilməsi ilə bağlı olmadığını bildirmişdir. O, qeyd etmişdir ki, onun hərəkət etdiyi xətt üzrə gecikmələr olur. Səbəbi isə sərnişinlərin avtomobilə minib düşdüyü zaman olan 1-2 dəqiqə vaxt itkisi ilə bağlıdır. Dəfələrlə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X1 Şəki Regional İdarəsinin inspektoru X4 xətt üzrə müddətin artırılması və vəziyyətin nəzərə alınması ilə bağlı müraciət etmiş, ancaq müraciətinə müsbət cavab verilməmişdir. Hazırki vəziyyətdə onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X1 Şəki Regional İdarəsinin inspektoru X5 tərəfindən Şəxsa idarə etdiyi avtomobilin sənədlərinin təqdim edilməsi tələb edilmiş, lakin sonuncu bundan imtina etmişdir. Eyni zamanda bildirmişdir ki, sürücülər arasında Modern kursundan çıxan uşaqlarla bağlı narazılıq var. Həmin uşaqların Faldarlı xəttində hərəkət edən sürücülərlə bir əlaqəsi yoxdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətini ağırlaşıran Azərbaycan Respublikası İXM-in 33.1-ci maddəsində nəzərdə tutulan hal aşkar edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114.1.1, 115.1-115.2-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X1 Şəki Regional İdarəsinə təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar