Məhkəmə qərarları › İş №3(033)-334/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-334/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-334/2025 12.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Əli qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon Yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakı ilə, Şikayət verən şəxs X3 Zaqatala rayon Yol patrul xidməti inspektoru polis serjantı X2 İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati protokolun araşdırılmasını və ləğv edilməsində ona köməklik edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Zaqatala rayon DYP-nin əməkdaşı X7 ona Bakı Gürcüstan şosesi Zaqatala rayon Qımır kəndi ərazisindən keçən hissəsində düz xəttin tələbini pozduğuna görə inzibati protokol tərtib etmişdir. Lakin həmin ərazinin asfalt örtüyündə düz xətt və yaxud da yol nişanın olmadığı aşkardır. O, bunu polis əməkdaşına bildirdiyinə və həm də video görüntünü tələb etməyinə baxmayaraq ona qanunun tələbini pozduğunu bildirmiş və inzibati protokol tərtib etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, həmin ərazidə video görüntü çəkmişdir və bunu məhkəmə prosesində təqdim edəcəkdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-334/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı X6 tərəfindən yol hərəkəti qaydalarını pozması öz təsdiqini tapmamışdır. Belə ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə heç bir əsaslandırma mövcud deyildir və həmin əsaslar məhkəmənin tələbi əsasında da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 3(033)-334/2025 nömrəli qərarından protokol tərtib etmiş şəxs X7 tərəfindən tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş şəxs X7 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 3(033)-334/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, “BMW” markalı, 77AM528 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ötmə əməliyyatı edərkən xarici işıq siqnallarından istifadə etmir və eyni istiqamət üçün bir zolaq mövcud olduğu halda bir neçə nəqliyyat vasitəsini eyni vaxtda (sonda körpü üzərində) ötür. Bundan əlavə, Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 3(033)- 334/2025 saylı qərarının nəticə hissəsində İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi göstərilsə də iş materiallarından İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərar müəyyən edilməmiş, həmçinin məhkəmə həmin qərarın olub-olmamasını araşdırmamışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında isə X6 tərəfindən Zaqatala rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, İXP7183148 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin məhkəmənin icraatına qəbul edildiyi qərara alınmışdır. İnzibati iş Şəki Apellyasiya Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 3(107)-198/2025 saylı məktubu ilə 05 avqust 2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul edən Zaqatala rayon Yol patrul xidməti inspektoru polis serjantı X7 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, TP ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq qərardan şikayət verən şəxs X6 məhkəməyə gəlməmişdir. Lakin iş materiallarına əlavə edilmiş portalın çıxarışından görünür ki, şikayət verən şəxs X1 rayon Yol patrul xidməti inspektoru polis serjantı X2 İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən hesablanmış cəriməni və dəbbə pulunu ödəmişdir. Bu baxımdan məhkəmə işə qərardan şikayət verən şəxs X3 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Zaqatala rayon Yol patrul xidməti inspektoru polis serjantı X7 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində, saat 16:36-da “BMW 528 Xİ” minik markalı 77AM528 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir İş materiallarına əlavə edilmiş Zaqatala rayon Yol patrul xidməti inspektoru polis serjantı X7 tərəfindən təqdim edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında istinad edilmiş videgörüntüdən görünür ki, “BMW” markalı, 77AM528 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ötmə əməliyyatı edərkən xarici işıq siqnallarından istifadə etmir və eyni istiqamət üçün bir zolaq mövcud olduğu halda bir neçə nəqliyyat vasitəsini eyni vaxtda (sonda körpü üzərində) ötür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun İİİ hissəsində göstərilmişdir ki, ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. X6 şikayətində həmin ərazinin asfalt örtüyündə düz xətt və yaxud da yol nişanın olmadığı bildirmişdir. X8 Məhkəməsinin 3(107)-199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında istinad edilmiş videogörüntüdən də görünür ki, “BMW” markalı, 77AM528 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ötmə əməliyyatı edərkən xarici işıq siqnallarından istifadə etməmiş və eyni istiqamət üçün bir zolaq mövcud olduğu halda bir neçə nəqliyyat vasitəsini eyni vaxtda (sonda körpü üzərində) ötmə əməliyyat etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, X6 xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, TP ******* saylı qərar üzrə hesablanmış cəriməni və dəbbə pulunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir əsas yoxdur. Məhkəmə şikayətçi tərəfindən göstərilən hallara, həmçinin onun tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, TP ******* saylı qərar üzrə hesablanmış cəriməni və dəbbə pulunun dövlət büdcəsinə ödənilməsinə qiymət verərək qeyd edir ki, X3 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 əməlində İXM-in 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə şikayətçi X3 şikayətinin dəlilləri ilə razılaşmır və onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət verən şəxs X3 Zaqatala rayon Yol patrul xidməti inspektoru polis serjantı X7 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar