Məhkəmə qərarları › İş №3(033)-337/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-337/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-337/2024 11.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlu sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ayşə İsrafil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunu vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Yol Patrul Xidməti İnspektoru, polis serjantı X3 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatında olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə saat 16:26 radələrində “Vaz 21013” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sağa-sola manevr etməklə qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 17:00 radələrində əmisi oğlu X2 məxsus olan “Vaz 21013” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Əfqanın toy karvanında idarə edərkən sağ-sol manevrlər etmiş, həmin vaxt qarşıda hərəkətdə olan avtomobildə olan şəxslər hadisənin video qeydiyyatını aparmışdır. Həmin video sosial şəbəkədə yayıldığı üçün nəqliyyat vasitəsi YPX əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmiş, bundan sonra Şəxs izahatı alınmış və onun haqqında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17:00 radələrində əmisi oğlu X2 məxsus olan “Vaz 21013” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Əfqanın toy karvanında X4 idarə edərkən sağ-sol manevrlər etmiş, həmin vaxt qarşıda hərəkətdə olan avtomobildə olan şəxslər hadisənin video qeydiyyatını aparmışdır. Bildirir ki, hadisəni o yox, X4 törətmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək müdafiəçisi olduğu şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından iş üzrə icraata xitam verilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, “Vaz 21013” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəxs idarə etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 video görüntülərə baxış keçirildikdən sonra məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Musayev X1 Rayon Polis Şöbəsində ifadə verərək qeyd edilən inzibati xətanın özü tərəfindən törədildiyini bildirməsinə baxmayaraq, videogörüntüdən də gönündüyü kimi onun inzibati xəta törədilməsinə aidiyyəti yoxdur, onun barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi kimi qərəzli hərəkətlərə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinlyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını və təqdim edilmiş video görüntünü nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 511.1.2-ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmiş, onun qeyd edilən əməlin törədilməsinə aidiyyəti olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 17:00 radələrində əmisi oğlu X2 məxsus olan “Vaz 21013” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməmişdir. Lakin protokol tərtib edən şəxs qeyd edilən halları araşdırmamış, həmin nəqliyyat vasitəsini kimin idarə etdiyini müəyyən etməmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat təxminən 17:00 radələrində əmisi oğlu X2 məxsus olan “Vaz 21013” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməmişdir. Göstərilənlərə əsasən, İXM-in 511.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Zaqatala Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə Şəxs aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Zaqatala Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar