Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-339/2022 23.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib etmiş orqan Zaqatala Rayon Prokurorluğunun nümayəndəsi X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxxxx 1988-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Zaqatala Rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən 17 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmişdir ondan ötrü ki, xx xxxxxxxx 1988-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN:xxxxxxx) 10 avqust 2022-ci il tarixdə saat 13 radələrində zərərçəkmiş şəxs ünvan 1 ünvanında yaşayan X3 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fındıq bağından qara rəngli, üzərində “CurrenM:8271” yazıları olan Çin istehsalı 15 manat dəyərində 01 ədəd qol saatı, qara rəngli, “Samsung Duos” markalı, GT-C3782 model, Çin istehsalı 20 manat dəyərində 01 ədəd mobil telefon və 7 manat pulu oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 42 manatlıq maddi ziyan vurub İXM-nin 227-ci maddəsində qeyd edilmiş (xırda talama) inzibati xətanı törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan materiallar baxılması üçün Zaqatala Rayon Prokurorluğu tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib etmiş orqan Zaqatala Rayon Prokurorluğunun nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx xxxxxxxx 1988-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN:xxxxxxx) 10 avqust 2022-ci il tarixdə saat 13 radələrində zərərçəkmiş şəxs ünvan 1 ünvanında yaşayan X3 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fındıq bağından qara rəngli, üzərində “CurrenM:8271” yazıları olan Çin istehsalı 15 manat dəyərində 01 ədəd qol saatı, qara rəngli, “Samsung Duos” markalı, GT-C3782 model, Çin istehsalı 20 manat dəyərində 01 ədəd mobil telefon və 7 manat pulu oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 42 manatlıq maddi ziyan vurub İXM-nin 227-ci maddəsində qeyd edilmiş (xırda talama) inzibati xətanı törətmişdir. Onun barəsində 17 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında prokurorluqda verdiyi izahatını təsdiq etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, əməlindən peşmandır. Hazırda məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə vurmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs zərərçəkmiş şəxsə vurmuş ziyanı tam şəkildə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında prokurorluqda verdiyi izahatını təsdiq etdiyini bildirdi. Hazırda məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X1 ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığından və vurulmuş ziyan tamamilə ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, Şəxs barəsində Zaqatala Rayon Prokurorluğu tərəfindən 17 noyabr 2022-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda Şəxs 10 avqust 2022-ci il tarixdə saat 13 radələrində zərərçəkmiş şəxs ünvan 1 ünvanında yaşayan X3 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fındıq bağından qara rəngli, üzərində “CurrenM:8271” yazıları olan Çin istehsalı 15 manat dəyərində 01 ədəd qol saatı, qara rəngli, “Samsung Duos” markalı, GT-C3782 model, Çin istehsalı 20 manat dəyərində 01 ədəd mobil telefon və 7 manat pulu oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 42 manatlıq maddi ziyan vurub İXM-nin 227-ci maddəsində qeyd edilmiş (xırda talama) inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 məhkəməyə ərizələr təqdim edərək göstərmişlər ki, barışmışlar və inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığından və inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində Zaqatala Rayon Prokurorluğu tərəfindən 17 noyabr 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Zaqatala Rayon Prokurorluğu tərəfindən 17 noyabr 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-339/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-339/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver