Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-346/2023 26.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs- xx xxxxxx 1981ci il tarixdə Zaqatala rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri işləyən, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana-Şəki Regional Ədliyyə İdarəsinə mütləq təqdim edilməli olan Muğanlı bələdiyyəsinin 23 may 2023-cü il tarixli 05 saylı, 24 may 2023-cü il tarixli 06 saylı, 07 iyun 2023-cü il tarixli 07 saylı, 12 iyul 2023-cü il tarixli 08 saylı, 03 avqust 2023-cü il tarixli 09 saylı, 29 avqust 2023-cü il tarixli 10 saylı, 08 sentyabr 2023-cü il tarixli 11 saylı, 20 sentyabr 2023-cü il tarixli 12 saylı və 21 oktyabr 2023-cü il tarixli 13 saylı iclasında qəbul edilən aktların (qərarların) «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinin və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə zidd olaraq 5 iş günü ərzində təqdim etməmiş, buna görə də onun barəsində 29 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir, lakin protokol tərtib etmiş orqan məhkəməyə ərizə göndərərək Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs həqiqətən də, Zaqatala rayon Muğanlı bələdiyyəsinin 23 may 2023-cü il tarixli 05 saylı, 24 may 2023-cü il tarixli 06 saylı, 07 iyun 2023-cü il tarixli 07 saylı, 12 iyul 2023-cü il tarixli 08 saylı, 03 avqust 2023-cü il tarixli 09 saylı, 29 avqust 2023-cü il tarixli 10 saylı, 08 sentyabr 2023-cü il tarixli 11 saylı, 20 sentyabr 2023-cü il tarixli 12 saylı və 21 oktyabr 2023-cü il tarixli 13 saylı bələdiyyə iclaslarında qəbul edilən aktların Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməsi gecikdirilmişdir. Həmin sənədlər texniki səhv olaraq göndərilməmişdir. O, həmin sənədlərin göndərildiyini düşünmüşdür. Lakin, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində sənədləri inzibati nəzarət orqanına göndərmələrinə dair heç bir sübutları yoxdur. Gələcəkdə bu cür pozuntulara yol verməyəcəyini, bunun texniki səhv olduğunu, etdiyi hərəkətdən peşman olduğunu və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddə tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş materialla tam təsdiq olundu. İş materiallarından görünür ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməsinin məcburi olmasına baxmayaraq, Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs bu tələbləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir. Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı Şəxs əməlini səmimi etiraf etməsi və əməlindən peşman olması müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsi və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halın olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Muğanlı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-346/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-346/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver