Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-352/2023 20.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X8, zərərçəkmiş şəxslər X3, X10 və Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarına baxaraq, müəyyənetdim: Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən 20 dekabr 2023-cü il tarixdə MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmişdir ondan ötrü ki, o, 28 noyabr 2023-cü il tarixdə Zaqatala rayonu Fındıqlı kəndində yaşayan X4 məxsus yaşadığı evin həyətində olan altıaçıqdan iki kisə qabıqlı 22 kiloqram olan fındığı oğurlamaqla 77 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, o, 28 noyabr 2023-cü il tarixdə saat 03 radələrində Zaqatala rayonu Fındıqlı kənd sakini X10 yaşadığı evin zirzəmisindən üç kisə qabıqlı 26 kiloqram fındıq oğurlamaqla 91 manat məbləğində ziyan vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X6 və X14 izahat verərək bildirdilər ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, ibtidai araşdırma düzgün aparılmamış, təhqiqatçı işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış və qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 dekabr 2023-cü il tarixli qərarları onlara təqdim etmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasından ötrü həmin qərarın surətini Zaqatala Rayon Polis Şöbəsinin İTB-nə göndərmişdir. Həmin qərarlardan narazı olduqlarını, lakin həmin qərarlar onlara təqdim edilmədiyindən qərarlardan şikayət verə bilmədiklərini, qərarlardan şikayət verəcəklərini bildirdilər. Bununla bağlı ərizəni məhkəməyə təqdim etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 dekabr 2023-cü il tarixli qərarlardan narazı olduğunu, onun həmin qərardan şikayət vermə hüququnun olduğunu bildirdi. Ona görə də, onun hüquqlarının pozulmaması nöqteyi nəzərindən protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi X7 izahat verərək göstərdi ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 dekabr 2023cü il tarixli qərarların rəsmi qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxslərə təqdim edilməsi barədə hər hansı sübutları yoxdur. Protokolun geri qaytarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zaqatala Rayon Polis X5 təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş 09 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X4 və X12 rəsmi qaydada verilmədiyindən və onların həmin qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüquqları olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında materiala hal-hazırda baxılması mümkün deyildir. Buna görə də, inzibati xəta haqqında material onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda qeyd olunan nöqsanı işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntu protokol tərtib edilənədək yol verilmiş pozuntudur. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-352/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-352/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver