Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-353/2023 20.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, Zaqatala Rayon Polis Şöbəsində Şəxs barəsində 20 dekabr 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında iki müxtəlif protokolla bağlı bu gün icraatıma daxil olan inzibati xəta haqqında iş üzrə 3(033)-352/2023 və 3(033)-353/2023 nömrəli iş materiallarını nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İcraatıma bu gün Zaqatala Rayon Polis Şöbəsində eyni şəxs barəsində 20 dekabr 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında iki protokolla bağlı inzibati xəta haqqında iş üzrə icraat, yəni Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-352/2023 və 3(033)-353/2023 nömrəli inzibati xəta haqqında işlər daxil olmuşdur. Müəyyən etdim ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 noyabr 2023-cü il tarixdə Zaqatala rayonu Fındıqlı kəndində yaşayan X1 məxsus yaşadığı evin həyətində olan altıaçıqdan iki kisə qabıqlı 22 kiloqram olan fındığı oğurlamaqla 77 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 noyabr 2023-cü il tarixdə saat 03 radələrində Zaqatala rayonu Fındıqlı kənd sakini X3 yaşadığı evin zirzəmisindən üç kisə qabıqlı 26 kiloqram fındıq oğurlamaqla 91 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən 20 dekabr 2023cü il tarixli MN seriyalı ******* saylı və 20 dekabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Hesab edirəm ki, eyni şəxs barəsində eyni tarixdə icraatıma daxil olan inzibati xəta haqqında işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsində müəyyən edilmişdir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də hesab edirəm ki, eyni şəxs barəsində icraatıma eyni tarixdə daxil olmuş Zaqatala Rayon Məhkəməsində olan 3(033)-352/2023 nömrəli və 3(033)-353/2023 nömrəli işlər bir icraata birləşdirilməlidir. Odur ki, qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsaslanaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-353/2023 nömrəli iş 3(033)-352/2023 nömrəli işə birləşdirilsin və onlara bir icraatda baxılsın. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-353/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-353/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver