Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-362/2023 30.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu Zaqatala RPŞ-in DYPB-in polis leytenantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 20 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərardan X2 verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Zaqatala rayonu polis leytenantı X4 heç bir görüntü göstərmədən verdiyi qərarla razı olmadığını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-4933/2023 nömrəli qərardadı ilə X2 Zaqatala rayonu polis leytenantı X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, X2 törətdiyi inzibati xəta Zaqatala şəhəri, Ü.Sadıqov küçəsində baş vermiş və barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə qeydiyyatda olduğu yerin məhkəməsində baxılmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işi nəzərdən keçirib hesab edir ki, işin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan inzibati xəta haqqında iş aidiyyətin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında işə əlavə edilmiş materiallardan görünür ki, inzibati xətanın törədildiyi yer Zaqatala şəhəri olsa da, ərizəçi X3 ünvan 1 ünvanında qeydiyyatdadır və o barəsində qəbul edilmiş 20 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan özünün qeydiyyatda olduğu yer üzrə məhkəməyə şikayət (ərizə) vermişdir. Bununla da o barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan qeydiyyatda olduğu yer üzrə məhkəməyə şikayət etməklə, işə onun yaşadığı yer üzrə baxılması istəyini ifadə etmiş və bu hal onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində nəzərdə tutulmuş vəsatətlə edilməli olan müraciətinə bərabər tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində aidiyyətin mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından və bu hal inzibati qanunvericilklə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad edilməklə həll edilməlidir. Konstitusiya Məhkəməsinin həmin qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin yaşadığı ünvan Bakı şəhəri Xətai rayonu olduğundan və ərizəçi tərəfindən yaşadığı yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edildiyindən hazırki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında işin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün inzibati xəta haqqında iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldım: Zaqatala RPŞ-in DYPB-in polis leytenantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 20 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərardan X2 verdiyi şikayət ərizəsinə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-362/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-362/2023
30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver