Məhkəmə qərarları › İş №3(033)-372/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-372/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-372/2025 14.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakları ilə, Şikayət verən şəxs X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ28375603 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən şikayət verən şəxs X4 məhkəməyə ərizə təqdim edərək verdiyi şikayətin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 verdiyi şikаyətindən imtina etməsi barədə müraciətini iş materialları ilə birlikdə аrаşdırıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə ərizə təmin edilməli və şikayət geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir (Maddə 128.2.3). “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.5-ci maddəsinə əsasən, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsində iş o zaman başlayır ki, qanunla səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət etmək hüququna malik olan şəxslər, o cümlədən zərər çəkmiş şəxs həmin məhkəməyə şikayət versin, müraciət etsin. Məhkəmə qeyd edir ki, hər kəs pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı dövlət orqanlarına müraciət etmək hüququna malik olduğu kimi, verdiyi şikayətdən imtina etmək hüququna da malikdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 şikayətindən imtinası qəbul olunmalı və inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ28375603 nömrəli qərarın qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X3 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət verən şəxs X1 ərizəsi təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ28375603 nömrəli qərarın qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X3 qaytarılsın. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar