Məhkəmə qərarları › İş №3(033)-373/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-373/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-373/2022 26.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 2003-cü il tarixdə Zaqatala rayonu Qımır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Qımır kəndində qeydiyyatda olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 26 dekabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 06 dekabr 2022ci il tarixdə saat 15 radələrində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq vuraraq, sol gözaltı nahiyəsinə sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 06 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Zaqatala rayonu Qımır kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Şəxs arasında yaşadıqları evdə şəxsi münasibətləri zəmnində mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Elgün xalası Aygünün sifət nahiyəsinə bir dəfə yumruq vuraraq sol gözaltı nahiyəsinə xəsarət yetirmişdir. Bunun əsasında Şəxs haqqında cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində tədbir görülməsi üçün qərarın surəti Zaqatala Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bundan sonra onların izahatı alınmış və onun haqqında 26 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında polis şöbəsində verdiyini izahatını təsdiq etdiyini bildirdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 çıxış edərək hüquqlarını müdafiə etdiyi Şəxs ilə zərərçəkmiş şəxs barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında polis şöbəsində verdiyini izahatını təsdiq etdiyini bildirdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan hər hansı şikayət və tələbinin olmadığını, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən 26 dekabr 2022-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 06 dekabr 2022-ci il tarixdə saat 15 radələrində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq vuraraq ona sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə inzibati xəta törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizələr təqdim edərək barışmışlar və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən 26 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən 26 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar