Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-374/2025 17.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli, EQ29044517 nömrəli xx.xx.2025-ci il tarixli, EQ28866359 nömrəli xx.xx.2025-ci il tarixli EQ28320861 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar və onlar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqında qərarlardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Məhkəməsinin 3(033)-278/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Zaqatala RPŞin DYPB-in inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata o, müvafiq inzibati cərimələri və dəbbə pulunu tam ödədiyinə görə xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilmişdir .Qərar qəbul edildikdən sonra xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə barəmdə İXM-nin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati protokollar tərtib edilərək müvafiq qərarlar qəbul edilmişdir. Barəsində tərtib edilmiş qərarlar tam əsassızdır. Bunun üçün həmin qərarların ləğv edilməsinə dair məhkəməyə ərizə ilə müraciət edir. Şikayət verən şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zaqatala Rayon Polis Şöbəsinin məlumatlandırılmasına baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İşdə olan elektron kabinetdən çıxarışdan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokola əsasən 360 manat, EQ29044517 nömrəli xx.xx.2025-ci il tarixli protokola əsasən 360 manat, EQ28866359 nömrəli xx.xx.2025-ci il tarixli protokola əsasən 360 manat, EQ28320861 nömrəli 02.066.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 360 manat cərimə edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 3(033)-278/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zaqatala RPŞ-in DYPB-in inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata o, müvafiq inzibati cərimələri və dəbbə pulunu tam ödədiyinə görə xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırılması zamanı X2 tərəfindən yol hərəkəti qaydalarını pozması öz təsdiqini tapmamışdır. Belə ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə heç bir əsaslandırma mövcud deyildir və həmin əsaslar məhkəmənin tələbi əsasında da məhkəməyə təqdim edilməmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli, EQ29044517 nömrəli xx.xx.2025-ci il tarixli, EQ28866359 nömrəli xx.xx.2025-ci il tarixli EQ28320861 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqında qərarlar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X1 barəsində İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli, EQ29044517 nömrəli xx.xx.2025-ci il tarixli, EQ28866359 nömrəli xx.xx.2025-ci il tarixli EQ28320861 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-374/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-374/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver