Məhkəmə qərarları › İş №3(033)-38/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-38/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-38/2023 28.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Şikayət verən şəxs X14 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X10 iştirakları ilə, Şikayət verən şəxs X14 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində 27 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X21 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X9 Regional Bölməsinin rəisi X23 tərəfindən barəsində tərtib edilmiş 27 dekabr 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X21 şikayət ərizəsində göstərmişdir ki, o, Zaqatala rayonu Aşağı Tala kəndində xx.xx.2007-ci il tarixdən “36140- Sair mebellərin istehsalı” fəaliyyəti növü ilə məşğul olmuşdur. xx.xx.2009-cu il tarixdən “52120-İxtisaslaşdırılmamış mağazalarda sir pərakəndə satış” fəaliyyətinə, xx.xx.2018-ci il tarixdən “49411-Yük avtomobil nəqliyyatların fəaliyyəti” fəaliyyətinə dəyişdirmişdir. 2007-ci ildən 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qida X9 Regional Bölməsinin əməkdaşları barəsində Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsi əsas götürülərək, Azərbaycan Respublikası Qida X9 Regional Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Qida X9 Regional Bölməsinin rəisi X23 tərəfindən xx.xx.2022-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 200 manat inzibati cərimə olunmuşdur. Barəsində tərtib edilmiş inzibati xəta protokolundan və həmin protokol əsasında verilmiş inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Belə ki, o vəzifəli şəxs deyildir. Bundan başqa səlahiyyətli orqan ona yuxarı həddə cərimə tətbiq etmişdir. Hesab edir ki, səlahiyyətli orqan ona qarşı qərəzli olmuşdur. Yük avtomobilində olan mal əti ona məxsus olub. Öz heyvanının əti olmuşdur. Kəsdiyi heyvan qışlıq üçün olmuşdur. Həmin vaxtı hava yağıntılı olduğuna görə mal ətini yük avtomobilinin arxa yerinə qoymuşdur. Bu hal onun qeyd olunan maddənin tələbinin pozulması kimi şərh oluna bilməz. Ayrıca avtomobilin işə salma mexanizmi (starter) anidən dayandığı üçün magistral yoldan enişə doğru içəridə saxlanılan vəziyyətdə olmuşdur. Faktiki vəziyyət belə olmuşdur. Ona görə də inzibati tənbeh vermə haqqında qərarın haqlı tərtib edilmədiyini hesab edir. İnzibati tənbeh vermə haqqında qərar ona poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Bu barədə müvafiq arayış və zərfi təqdim edir. Şikayət verən şəxs X21 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X15 izahatında göstərdi ki, xx.xx.2022-ci il saat 11 radələrində Zaqatala rayonu Aşağı Tala kəndində X21 tərəfindən yeyinti məhsullarının satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ aktların pozulması Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikasının Qida X8 regional bölməsinə göndərilmişdir. Vəzifəli şəxs X21 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 27 dekabr 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə vəzifəli şəxsə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İnzibati xəta haqqında işə 27 dekabr 2023-cü il tarixdə baxılmış və eyni tarixdə vəzifəli şəxs X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Qida X5 regional Bölməsinin rəisi X23 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs inzibati xəta haqqında işə baxılmasında iştirak etməmişdir. O, şikayətin təmin olunmamasını, X14 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 27 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən şəxs X21 oğlunun şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X14 şikayəti qismən təmin edilməli, yəni 27 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis mayoru X22 tərəfindən tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şeyix Əhmədov xx.xx.2022-ci il saat 11 radələrində Zaqatala rayonu Aşağı Tala kəndində yeyinti məhsullarının satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ aktları pozmuşdur. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, X21 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun AQTA-nın X20 rəisi Samid Ağayeva göndərilməsi qərara alınmışdır. AQTA-nın X27 tərəfindən X16 ünvanlanmış 12 dekabr 2022-ci il tarixli 30/1-1104C inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, X21 barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətaya baxılması 27 dekabr 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İnzibati xətaya dair işə baxılması yeri və iştirakının zəruriliyi barədə Şeyix Əhmədov məlumatlandırılmışdır. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, 1104C inzibati xətalar haqqında işlər üzrə bildirişin əlavə edildiyi poçt zərfi xx.xx.2022-ci il tarixdə şəxsən qrafasında Səttərova Sevil qeydi edilməklə və imza edilməklə təhvil alınmışdır. 27 dekabr 2023-cü il tarixli İnzibati xəta haqqında işə baxılmasına dair protokoldan görünür ki, X23 tərəfindən X14 iştirakı olmadan onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokola və toplanmış inzibati xəta materiallarına baxılmış və MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar elan edilmişdir. AQTA-nın Şəki RB-nin rəisi X23 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X24 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. X18 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddısinə əssən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X21 barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». İşin hallarından görünür ki, Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən X14 barəsində 01 dekabr 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və inzibati xəta materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 göndərilmiş, bundan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X6 tərəfindən protokola əsasən işin baxılmasının xx.xx.2022-ci il tarixə təyin edilməsinə dair bildiriş tərtib edilərək X14 ünvanına göndərilsə də, həmin bildiriş Şeyix Əhmədova vaxtında çatdırılmamış, o bildirişi inzibati xəta haqqında işə baxılmasından 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə almışdır. Göründüyü kimi, səlahiyyətli orqan protokola baxılması üçün vaxtı müəyyən edərkən səhvə yol vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi məlumatlandırmamışdır. Bu da, barəsində protokol tərtib edilən şəxsin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə də, X17 çağırmadan, onun iştirakını təmin etmədən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən 27 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşin faktiki hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələblərini pozmuş, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına (icraat başlandığına) dair məlumat verilməmiş, onun icraatda iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində və s. əlaqəli müddəalarında nəzərdə tutulan hüquqları pozulmuşdur. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar