Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-390/2025 04.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X7 qızının katibliyi, Şikayət verən şəxs X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakları ilə, Şikayət verən şəxs X2 Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yazılmış cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 şikayət ərizəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il yol patrul xidməti aparan 606 maşın Kərimov Elçin onun sürdüyü 09 markalı maşınına pikap qoşduğuna görə 150 manat cərimə yazmışdır. Zaqatalada 200 yaxın pikap olduğunu, digər pikapların sənəd düzəldəcəyi halda onun da sənəd düzəldəcəyini bildirmişdir. Şikayət verən şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 izahatında göstərdi ki, X2 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni, əsaslı və ədalətlidir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntu etdiyinə, yəni, müvafiq icazələr olmadan qoşqu əlavə edərək nəqliyyat vasitəsini idarə etdiyinə görə onun barəsində protokol tərtib edilib. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da tərəfindən X4 barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 24 iyul 2025-ci il tarixdə idarə etdiyi “Vaz2109” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən normativ tələblər pozmaqla əlavə qoşqu qoşaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 inzibati xəta törətməməsini əsas göstərərək barəsində başlanmış işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətdiyini özü etiraf etmiş və o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tərəfindən şikayət verən şəxs X2 xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən xətanın aşkarlanmasına dair aparılmış video çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirildiyi zaman orada videogörüntülər müəyyən edilmiş və X4 24 iyul 2025-ci il tarixdə idarə etdiyi “Vaz2109” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən normativ tələblər pozmaqla əlavə qoşqu qoşaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu müəyyən edilmişdir. İşin hallarından müəyyən edildi ki, X2 göstərdiyi hallar həqiqəti əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X4 oğlunun və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X2 24 iyul 2025ci il tarixdə, idarə etdiyi “Vaz2109” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilində əlavə qoşqu quraşdırmaqla nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-390/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-390/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver