Məhkəmə qərarları › İş №3(033)-391/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-391/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-391/2025 28.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X7 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1968-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 28 iyul 2025ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 26 iyul 2025-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində, xx.xx.2025-ci il xx.xx.2025-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşı Şahid Abdullayevi nalayiq ifadələrlə təhqir edib və polis nüfuzuna xələl gətirən ifadələr işlətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə həmkəndlisi Məmmədov X1 mərkəzində yerləşən ərzaq mağazalarının qarşısında kənd sakinlərinin yanında və yaxın qohumlarının yanında polis əməkdaşı Şahid Abdullayev barəsində və polisin ünvanına xoşagəlməz təhqiramiz ifadələr işlətmişdir. Əlavə olaraq, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə RPŞ-nin inzibati binasına gələrək onun ünvanına nalayiq ifadələr işlədib, onu işdən azad elətdirəcəyini və problem yaradacağı ilə onu hədələmişdir. Bunun əsasında Şəxs haqqında 28 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu, Kəpənəkçi kəndində yerləşən su kanal idarəsinə məxsus su hövzəsinin əməkdaşı Şahvələd və İbrahim adlı əməkdaşlardan sahəni sulamaq üçün 20 manat ödəniş edib saat 08-dən 19:30-dək su növbəsi almışdır, ödənişi Kəpənəkçi kənd sakini İbrahimə əlbəəl vermişdir. Sahəyə gedib nəzarət edəndə görmüşdür ki, borudan su az gəlir. Bu barədə Şahvələd və İbrahimə məlumat vermişdir. Onlar da əraziyə gəlmişlər. Suyu həmkəndlisi Elmar Abdullayevin sahəsinə açıblar. İbrahim Elmara zəng vurub onun su növbəsi ola-ola suyu özünün sahəsinə açmasının səbəbini soruşmuşdur. Elmar uzaqda olduğunu suyu özünün açmadığını və lazım gəlsə ödəniş etməyə hazır olduğunu bildirmişdir. Lakin İbrahim su növbəsinin onda olduğunu xatırladıb bir daha bu cür hərəkət etməməsini tapşırdı. Elmarın qardaşı oğlu Şahid Abdullayev avtomobili ilə su paylayıcı krana yaxınlaşıb suyu təkrar əmisigilin bağa açmışdır. İbrahim motosikleti ilə ona yaxınlaşmaq istəyəndə Şahid oradan uzaqlaşmışdır. Bu barədə sabahı gün Şahidin babası Qurbana məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra Qurban kişi nəvəsi Şahidlə onların evin qarşısına gəlmiş və onu çağırmışdılar. O və oğlu Kərim küçəyə çıxmış. Onlar su ilə bağlı mövzunu açmış Şahid əmisi Elmarın sahəsinə suyu buraxmaq üçün kranı açmadığını bildirmişdir. O da onu və maşınını suyun başında şəxsən gördüyünü bildirmişdir. İbrahimin də şahid olduğunu əlavə etmişdir. Sonra onlar çıxıb getmişdirlər. Bu söhbət onların həyət darvazasının qarşısında küçədə xx.xx.2025-ci ıl tarixdə saat təxminən 19:30-da olub. Həmin vaxt orada o, oğlu Kərim, Şahid və babası Qurban var idi. O, ona heç bir nalayiq, kobud təhqiramiz ifadə işlətməmişdir. Nə də ki, polis işləməyi, habelə polisə qarşı heç bir ifadə işlətməmişdir. Onun barəsində dedikləri yalandır, şər-böhtandır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxış edərək hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmamasına diqqət çəkərək işə xitam verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid Abdullayev, protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 verdiyi izahata uyğun izahat verərək onun dediklərini təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, şahidin, protokol tərtib edən şəxsin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, məhkəmə araşdırması zamanı belə hallar aşkar edilməmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar