Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-395/2021 02.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1985-ci il tarixdə Zaqatala rayonu Gözbarax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Gözbarax kəndində qeydiyyatda olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 02 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 12 avqust 2021ci il tarixdə saat 18 radələrində aralarında baş vermiş mübahisə zamanı qaynı X5 şiferlə vuraraq xəsarət yetirməklə ona sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində Rasim Rəşidin arvadı Şəxs yaşadıqları evin həyətinə bitişik olan pay torpaq sahəsindəki əncir ağacından əncir yığdığını görmüş və “burada sənin əkdiyin əncir ağacı yoxdur” deyərək Mehribanla mübahisə etməyə başlamışdır. Yaranmış mübahisə zamanı Rasim əncir ağacından qopardığı budağı Mehribanın sifət nahiyəsinə vuraraq sonuncuya sağ yanağında 1 ədəd qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Eyni zamanda həmin mübahisə zamanı Mehriban yerdən götürdüyü şifer parçasını Rasimə vuraraq sonuncuya sol saidində və sağ ayağının iç topuq nahiyəsində 1 ədəd sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bunun əsasında Şəxs haqqında cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində tədbir görülməsi üçün qərarın surəti Zaqatala Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bundan sonra onun izahatı alınmış və haqqında 02 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında polis şöbəsində verdiyini izahatını təsdiq etdiyini bildirdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs X7 ilə barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında polis şöbəsində verdiyini izahatını təsdiq etdiyini bildirdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan hər hansı şikayət və tələbinin olmadığını, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 02 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində aralarında baş vermiş mübahisə zamanı qaynı X5 şiferlə vuraraq xəsarət yetirməklə inzibati xəta törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X7 məhkəməyə ərizələr təqdim edərək barışmışlar və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığından onun barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 02 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 02 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-395/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-395/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver