Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-397/2025 27.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 Əli qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Balakən Gömrük İdarəsində rəsmiləşdirilən **********3883 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə “meşə fındığı (qabığı təmizlənmiş” yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 150150 ABŞ dolları (255255 manat, kurs: 1 ABŞ dolları = 1.70 AZN) olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 445.23 ABŞ dolları (1714.824 manat, kurs: 1 ABŞ dolları = 1.70 AZN) vəsaitin Şəxs müvəkkil bank hesabına köçürmədiyi müəyyən edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 30 iyul 2025-ci il tarixdə, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinın nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar “AZERSTAR" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 445.23 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Əməliyyat və Təhqiqat şöbəsinə dəvət olunan şirkətin icraçı direktoru X1-sual olunmuş və izahatında bildirmişdir ki, o, xx.xx.1953-cü il tarixdə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş və hazırda həmin kənd sakinidir. 2013-cü ildən Şəxs MMC-də icraçı direktor vəzifəsində çalışır. Müəssisənin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva səhərində qeydiyyatda olan “ROT FRONT” şirkəti ilə “Azerstar" MMC arasında RF/AZS/2019 alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən dəyəri 150150 ABŞ dolları olan 21000 kiloqram 9-11 (5000 kq), 11-13 mm (16000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2024-cü il tarixində gömrük bəyannaməsi (**********5854) ilə rəsmiləşdirilmiş və 99NK997/99ZA646 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmışdır. Göndərilən malın dəyərinin 149704.77 ABŞ dolları şirkətin müvəkkil bank hesabına köçürülmüş, lakin qalan 445.23 ABŞ dolları isə ödənilməmişdir. Malın miqdarı müxtəlif çəki məkanlarında, müxtəlif çəki vasitələri ilə çəkildiyindən, 10 günə yaxın müddətdə nəqliyyat vasitəsində küləkli şəraitdə nəql olunduğundan fiziki itki (quruma) baş vermiş, “ROT FRONT" şirkəti malın dəyərini azalan faktiki çəkiyə görə, yəni kəsirlə ödəmişdir. Kəsr gələn çəkiyə görə ödənilməyən məbləğ 445.23 dollar olmuşdur. Müqavilənin 5-ci paraqrafının 5.1-ci bəndinə əsasən malın çəki üzrə qəbul olunmasını heç bir tərəfdən asılı olmayan neytral 3-cü tərəf “SOYUZ EKSPERTİZA" (RF-nin Ticarət Palatası nəzdində olan müəssisə) müəssisəsi həyata keçirmişdir. Qəbulda çəki üzrə yekun nəticəni tərtib olunmuş akt formasında alıcı müəssisəyə “ROT FRONT” şirkətinə təhvil vermişdir. Təhvil verilmiş bu sənəd tərəflər üçün yekun sənəd olaraq qəbul olunmuşdur. Bu səbəbdən çəki üzrə yaranmış fərq tərəflər arasında mübahisə yaratmamışdır. Sənədlərə əsasən alıcı şirkət fakt üzrə qəbul etdiyi malın miqdarına uyqun ödəməni həyata keçirmişdir. “SOYUZ EKSPERTİZA” müəsisəsinin çəki üzrə təqdim etdiyi ekspertiza aktını, həmin müəssisənin təqdim etdiyi çəki üzrə xüsusi cədvəli və bu sənədlər əsasında tərtib olunmuş “ROT FRONT” şirkətinin pretenziya məktubunu izahatına əlavə etmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan “AZERSTAR" MMC-nin konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 445.23 ABŞ dolları (756.891 manat) valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, 2013-cü ildən Şəxs MMC-də icraçı direktor vəzifəsində çalışır. Müəssisənin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva səhərində qeydiyyatda olan “ROT FRONT” şirkəti ilə “Azerstar" MMC arasında RF/AZS/2019 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən dəyəri 150150 ABŞ dolları olan 21000 kiloqram 9-11 (5000 kq), 11-13 mm (16000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2024-cü il tarixində gömrük bəyannaməsi (**********5854) ilə rəsmiləşdirilmiş və 99NK997/99ZA646 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmışdır. Göndərilən malın dəyərinin 149704.77 ABŞ dolları şirkətin müvəkkil bank hesabına köçürülmüş, lakin qalan 445.23 ABŞ dolları isə ödənilməmişdir. Malın miqdarı müxtəlif çəki məkanlarında, müxtəlif çəki vasitələri ilə çəkildiyindən, 10 günə yaxın müddətdə nəqliyyat vasitəsində küləkli şəraitdə nəql olunduğundan fiziki itki (quruma) baş vermiş, “ROT FRONT" şirkəti malın dəyərini azalan faktiki çəkiyə görə, yəni kəsirlə ödəmişdir, kəsr gələn çəkiyə görə ödənilməyən məbləğ 445.23 dollar olmuşdur. Müqavilənin 5-ci paraqrafının 5.1-ci bəndinə əsasən malın çəki üzrə qəbul olunmasını heç bir tərəfdən asılı olmayan neytral 3-cü tərəf “SOYUZ EKSPERTİZA" (RF-nin Ticarət Palatası nəzdində olan müəssisə) müəssisəsi həyata keçirmişdir. Qəbulda çəki üzrə yekun nəticəni tərtib olunmuş akt formasında alıcı müəssisəyə - “ROT FRONT” şirkətinə təhvil vermişdir. Təhvil verilmiş bu sənəd tərəflər üçün yekun sənəd olaraq qəbul olunmuşdur. Bu səbəbdən çəki üzrə yaranmış fərq tərəflər arasında mübahisə yaratmamışdır. Sənədlərə əsasən alıcı şirkət fakt üzrə qəbul etdiyi malın miqdarına uyğun ödəməni həyata keçirmişdir. “SOYUZ EKSPERTİZA” müəsisəsinin çəki üzrə təqdim etdiyi ekspertiza aktını, həmin müəssisənin təqdim etdiyi çəki üzrə xüsusi cədvəli və bu sənədlər əsasında tərtib olunmuş “ROT FRONT” şirkətinin pretenziya məktubunu Balakən Gömrük İdarəsində verdiyi izahatına əlavə etmişdir Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş materialla tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən X9 ünvanlanmış “xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair” xx.xx.2025-ci il tarixli, 3-33-1400/2-000376/2025 saylı bildirişdən görünür ki, **********5854, **********33883 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyi malların müqabilində ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesabına köçürülməsi təmin edilməmiş, ixrac olunan malların müqabilində vəsaitlərin köçürülməsi təmin edilmədikdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs Şəxs ilə “Rot Front” şirkəti arasında bağlanmış 12 dekabr 2018-ci il tarixdə RF/AZS/2019 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Şəxs “Rot Front” şirkətinə müqavilənin ayrılmaz hissəsi olan Alış Sifarişində nəzərdə tutulan fındıq ləpəsini tədarük etməyi, “Rot Front” şirkəti isə malları qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş **********5854 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 150150 ABŞ dolları yük Balakən Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə bəyan edilərək rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarış edilməsi haqqında protokoldan görünür ki, Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırma ilə əlaqədar ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin Balakən Gömrük İdarəsində rəsmiləşdirilən **********5854 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “meşə fındığı (qabığı təmizlənmiş)" yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 150150 ABŞ dollar (255255 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 445.23 ABŞ dolları (756.891 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) vəsaitin "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülməməsi faktı ilə bağlı hal-hazıradək MMC-nin müvəkkil bank hesabına nə qədər köçürmə edildiyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X2 (VAİS) baxış keçirilmiş və sistemdən çıxarış edilmişdir. Çıxarışa əsasən, “AZƏRSTAR" MMC tərəfindən 05.11,2024-cü il tarixli, **********5854 nömrəli gömrük bəyannaməsi əsasında ixrac olunmuş malların müqabilində qaytarılmalı olan vəsaitdən 445.23 ABŞ dolları (756.891 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş konsiqnasiya nəzarəti üzrə çıxarışdan görünür ki, Şəxs Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 150150 ABŞ dolları olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 445.23 ABŞ dolları vəsaitin müvəkkil bank hesabına köçürməmişdir. Göründüyü kimi hüquqi şəxs Şəxs Balakən Gömrük İdarəsində rəsmiləşdirilən **********3883 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə “meşə fındığı (qabığı təmizlənmiş” yükünün Rusiya Federasiyasına ixrac edildiyi ümumi dəyəri 150150 ABŞ dolları olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 445.23 ABŞ dolları vəsaitin Şəxs müvəkkil bank hesabına köçürməmişdir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 saylı Fərmanı ilə xarici ticarətdə hesablaşma qaydaları müəyyən edən 12-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs nümayəndəsinin izahatında qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar "xxxx" MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 445.23 (dörd yüz qırx beş dollar iyirmi üç sent) ABŞ dolları məbləğinin otuz faizi məbləğində (ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində) inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-397/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-397/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver