Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-401/2025 18.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bayramov X5 rayonu 2 saylı notariat ofisinin 8İ-4950 saylı, xx.xx.2025-ci il tarixli və 8İ-6112 saylı, xx.xx.2025-ci il tarixli icra qeydlərini əsasən yaranmış müvafiq olaraq 5153.57 manat və 6289.55 manat borcu icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Zaqatala rayonu 2 saylı notariat ofisinin 8İ-4950 saylı, xx.xx.2025-ci il tarixli və 8İ-6112 saylı, xx.xx.2025-ci il tarixli icra qeydlərinə əsasən müvafiq olaraq 5153.57 manat və 6289.55 manat borcu Şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədlərinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədləri üzrə ödəniş etməmişdir. Borclunun protokol tərtib edilən zaman ümumilikdə 11 443,12 manat borcu qalmışdır. O, icra məmurunun çağırışlarına gəlmədiyi üçün borclunun axtarışı haqqında qərar qəbul edilmiş, bugün isə şöbəyə gətirilmişdir. Protokol məhkəməyə təqdim edildikdən və məhkəmə iclasına borcluya vaxt verildikdən sonra icra sənədi üzrə tərəflər olan tələbkarla borclu arasında razılıq əldə edilmişdir. Borclu tələbkarın hesabına ümumilikdə 170 manat ödəniş etmişdir. Həmçinin borclu yardımçı fəhlə kimi iş başlamışdır və 416 manat əmək haqq alır. Borcunun ödənilməsinin təmin edilməsi məqsədilə tutulmalar əmək haqqına yönəldiləcəkdir. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala rayonu 2 saylı notariat ofisinin 8İ-4950 saylı, xx.xx.2025-ci il tarixli və 8İ-6112 saylı, xx.xx.2025-ci il tarixli icra qeydlərindən xəbərdardır. Hazırda tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 170 manat ödəniş etmişdir, qalıq qalmış borcunu da ödəyəcəkdir. O, işə düzəlmişdi və rəsmi əmək haqqı alır, odur ki, borcu əmək haqqısına yönəldilə bilər. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 01 iyun 2025-ci il tarixli icra qeydindən görünür ki, Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə AL/35118/A1/13 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5034.30 manat borc, həmçinin 94.27 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5153.57 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli icra qeydindən görünür ki, Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə CP/01960/A2/13 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6106.20 manat borc, həmçinin 158.35 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6289.55 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********8 əməliyyat nömrəli qəbzdən görünür ki, Şəxs tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 100 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********7 əməliyyat nömrəli qəbzdən görünür ki, Şəxs tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 70 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş Elektraon Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çixarışdan görünür ki, Şəxs işəgötürən X1 yanında yardımçı fəhlə kimi işləyir və 416 manat əmək haqqı alır. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, oğlu Zaqatala rayonu 2 saylı notariat ofisinin 8İ-4950 saylı, xx.xx.2025-ci il tarixli və 8İ-6112 saylı, xx.xx.2025-ci il tarixli icra qeydlərini əsasən yaranmış müvafiq olaraq 5153.57 manat və 6289.55 manat borcu Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Bayramov X5 rayonu 2 saylı notariat ofisinin 8İ-4950 saylı, xx.xx.2025-ci il tarixli və 8İ-6112 saylı, xx.xx.2025-ci il tarixli icra qeydləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunun bir hissəsini, yəni bir icra qeydi üzrə 100 manat, digəri icra qeydi üzrə isə 70 manat olmaqla, cəmi 170 manat hissəsini tələbkara ödəmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı məhkəməyə təqdim edilmiş sənədlərlə (qəbz) də öz təsdiqini tapır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən borclunun hər hansı vəsaitinin olub-olmaması araşdırılmış, onun adına tələbin yönəldilə biləcəyi əmək haqqısının olub-olmaması yoxlanılmış, halbuki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş arayışdan görünür ki, borclu Şəxs işəgötürən X1 yanında yardımçı fəhlə kimi işləyir və 416 manat əmək haqqı alır. Bu halda icra məmuru məcburi icra tədbiri kimi tələbin borclunun əmək haqqına yönəldilməsini təmin etməli olduğu halda lazımı icra tədbirləri görmədən şəxs barəsində inzibati protokol tərtib etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın tərkib əlamətlərinin olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-401/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-401/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver