Məhkəmə qərarları › İş №3(033)-402/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-402/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-402/2025 21.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 Əli qızının katibliyi, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə xx.xx.1986-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatında olan və yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin 12 saylı X1 Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 07 avqust 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 07 avqust 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı “Təranə” şadlıq sarayının rəhbərliyi tərəfindən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması halı müəyyən edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin 12 saylı X5 tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin 12 saylı X2 nümayəndəsi X7 məhkəmə iclasında protokolu müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "Təranə” adlı sahibkarlıq obyektinin rəhbəri Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin 30 aprel 2025-ci il tarixli, “11/FƏ” əmri ilə təsdiq olunmuş 12 saylı X2 0006 saylı. xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, bölmələrin əsasnamələri ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirlərinin aparmaq məqsədi ilə 12 saylı X2 əməkdaşları baş məsləhətçi-müfəttiş İlkin Saramanov və böyük məsləhətçi-müfəttiş X13 və Balakən rayonlarının inzibati əraziləri üzrə 3 (üç) gün müddətində nəzarət tədbirlərinin aparılması tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin 12 saylı X2 002410 saylı, 07 avqust 2025ci il tarixli aktından görünür ki, keçirilən nəzarət tədbirləri zamanı Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndi ərazisində yerləşən “Təranə” şadlıq sarayı və onun həyətində fəaliyyət göstərən ictimai iaşə obyektinin sahibi Şəxs tərəfindən içməli su şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar olnumuş. Yerində aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, Şəxs “Təranə” şadlıq sarayının istifadəsini 18 may 2021-ci il AR-İİ 317799 nömrəli etibarnamə əsasında atası Əlicanov İsmayıl oğluna etibar etmişdir. Qeyd olunan obyekt diametri 25 mm olan dəmir boru vasitəsilə içməli su şəbəkəsindən su götürür və bu su istehlakı heç bir rəsmi sənədlər olmadan həyata keçirilmişdir. Zaqatala SHSİİ-si tərəfindən sözügedən obyektlə bağlı 2024-cü il üzrə ümumilikdə 3492 m3 (3492 manat məbləğində) hecmində içməli su sərfiyyatı barəsində dəymiş ziyanla bağlı xx.xx.2025-ci il tarixdə, 3-53-2-62/2-352/2025 nömrəli məktub ünvanlarına daxil olmuşdur. Aşkar olunmuş hüquqpozma ilə bağlı X10 xx.xx.2025-ci il tarixli, 119 nömrəli rəsmi xəbərdarlıq məktubu Zaqatala SMSİİ tərəfindən ünvanlanmış, lakin buna baxmayaraq İ.Əlicanov bununla bağlı heç bir tədbir görməmişdir. İsmayıl Əlicanov yazılı izahatında Muxaxçay-Zəyəm-Qımır içməli su şəbəkəsinə qanunsuz qoşulduğunu etiraf etmiş, hüquqpozuntusunun mahiyyətini dərk etdiyini və aşkarlanmış halı ən qısa müddətdə aradan qaldıracağını bildirmişdir. Bununla da X8 etibarnamə əsasənında işlətdiyi “Təranə “ şadlıq sarayının sahibi Şəxs tərəfindən Azərbaycan Respublikasının su qanunvericiliyinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş “fiziki şəxsin vergi uçotu haqqında” şəhadətnamədən görünür ki, Şəxs İsamyıl oğlu vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə ********** qeydiyyat nömrəi ilə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Su X6 Su Meliorasiya Xidməti Publik Hüquqi şəxsi X18 Sistemlərinin İstismarı İdarəsinin X10 ünvanlanmış 08 aprel 2025-ci il tarixli, 119 nömrəli məktubundan görünür ki, Zaqatala SMSİİ-yə məxsus şəbəkə üzərində olan siyirtməyə etdilmiş müdaxilələrin dərhal dayandırılması və onlara məxsus olan qeyri-yaşayış obyektinin sudan istfadəsinin sənədlə.dirilməsi üçün 7 gün müddətində müfavif qənədlərlə müəssisəyə müraciət etməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Göründüyü kimi “Təranə” şadlıq sarayının rəhbəri Şəxs Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində ümumlikdə 3492 m3 həcminə içməli su sərfiyyatına yol vermiş və nəticədə 3492 manat məblğində ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Materiallardan da görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin 12 saylı X1 daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs “Təranə” adlı sahibkarlıq obyektinin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs “Təranə” adlı sahibkarlıq obyektinin rəhbəri Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun təqsirinin dərəcəsi və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən “Təranə” adlı sahibkarlıq obyektinin rəhbəri Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X11 Xidmətinin 12 saylı X4 təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar