Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-407/2025 04.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 Əli qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki- Zaqatala regional şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (VÖEN: **********) X5 barəsində tərtib edilmiş inzibati cərimənin aylıq 50 faiz olmaqla əmək haqqından tutulması üçün Şəxs rəhbərliyinə göndərilmiş 04 sentyabr 2024-cü il tarixli, 3- 17-5/2-59734/2024 saylı icrasını təmin etməmişdir. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə 11 avqust 2025-ci il tarixdə, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki-Zaqatala regional şöbəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X7 protokolu məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində inzibati protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Şirkətin hazırkı maliyyə vəziyyəti ağırdır. Hal-hazırda "xxxx" qarşısında 500.000 manat borc öhdəliyi mövcuddur, fəaliyyətsizlik səbəbindən gəlirləri məhdudlaşmışdır. Buna baxmayaraq, şirkəti məsuliyyətini dərk edərək artıq 225 (iki yüz iyirmi beş) manat məbləğində ödəniş etmişdir. Mövcud maliyyə çətinlikləri səbəbindən qalan məbləği birdəfəlik ödəmək imkanı yoxdur. İnzibati cərimənin azaldılmasına dair qərar verilməsini və ya ən azı qalan məbləğin hissə-hissə ödənilməsi üçün möhlət verilməsini məhkəmədən xahiş edir. Həmçinin səhhəti ilə əlaqədar (yüksək şəkərli diabet) Bakı şəhərində müalicədə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki-Zaqatala regional şöbəsindən daxil olmuş materialla tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, Şəxsndə işləyən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta müqaviləsinin bağlanması təmin edilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə nəzərdə tutulan inzibati xəta törədilmiş, barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5-2- 59734/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən Şəxs MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən 1500.00 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X4 əmək haqqından hər ay 50% olmaqla 1500.00 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat vermələri xahiş edilmişdir. Yuxarıda qeyd olunan müddətlər ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tutulma həyata keçirilmədiyi halda barənizdə inzibati xəta haqqında iş üzrə icraat başlanılacağına dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs 11 oktyabr 2024-cü il tarixli, 11/10 saylı məktubundan görünür ki, Şəxs MMC (VÖEN **********) xx.xx.2024 tarixli 3-17-5/2- 59734/2024 saylı məktuba cavab olaraq "xxxx" MMC-nin direktoru X4 əmək, haqqından hər ay 225 manat tutularaq X10 Xidmətinin Dövlət Xəzinədarlığı Agentliyindəki AZ95CTRE******************** saylı hesaba keçiriləcəklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş edilmiş Şəxsnə ünvanlanmış 23 iyul 2025-ci il tarixli, 3- 17-5/2-65543/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən Şəxs MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən 1500.00 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırki dövrə qədər cərimənin 225.00 manat hissəsi ödənilmiş, lakin qalıq 1275.00 manat vəsait ödənilməmişdir. Qeyd olunanlara əsasən X4 əmək haqqından hər ay 50% olmaqla 1500.00 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi üçün müvafiq məktub göndərilmiş, lakin hazırki dövrə qədər tutulma tam həyata keçirilməmişdir. Belə ki, tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” Alt Sisteminə baxış keçirilərkən X5 ilə Şəxs MMC arasında aktiv əmək müqaviləsinin və həmin müqaviləyə əsasən aylıq əmək haqqının 450.00 manat olduğu müəyyən edilmişdir. Ödəmə qabiliyyəti olduğu halda tərəfinizdən cərimə ödənişinin icrası təmin edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11:30-da X10 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə (Şəki şəhəri, M.F.Axundov prospekti 56 “a”, tel: (024- 244-16-35) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 iyul 2025-ci il tarixli, 3-17-5/2-65543/2025 saylı məktubun çatdırılmasına dair çıxarışdan görünür ki, qeyd edilən məktub xx.xx.2025-ci il tarixdə ünvan sahibinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X1” Məhdud Məsuliyyətli Cəmiyyətində təşkilat direktoru vəzifəsində işləyir və 450 manat əmək haqqı alır. Göründüyü kimi hüquqi şəxs Şəxs X5 barəsində tərtib edilmiş inzibati cərimənin aylıq 50 faiz olmaqla əmək haqqından tutulması üçün Şəxs rəhbərliyinə göndərilmiş 04 sentyabr 2024-cü il tarixli, 3-17-5/2-59734/2024 saylı icrasını təmin etməmişdir. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X4 yazılı izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəməyə verdiyi izahatı, yəni hal-hazırda Şəxs "xxxx" qarşısında 500.000 manat borc öhdəliyi olması, MMC-nin maliyyə vəziyyətinin ağır olması ilə bağlı verdiyi izahatı heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” Alt Sisteminindən əldə edilmiş çıxarışdan da göründüyü kimi X5 ilə Şəxs MMC arasında aktiv əmək müqaviləsinin olmuş və həmin müqaviləyə əsasən aylıq əmək haqqının 450.00 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi yuxarıda qeyd olunan sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki-Zaqatala regional şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki-Zaqatala regional şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-407/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-407/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver