Məhkəmə qərarları › İş №3(033)-408/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-408/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-408/2021 21.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və tələbkar X3 iştirakları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2020 nömrəli 19 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 21 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X4 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya Şöbəsinin rəisi X8 məhkəməyə məktub təqdim edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2020 nömrəli 19 oktyabr 2020-ci il tarixli qətnaməsi üzrə Ali Məhkəməyə verilmiş şikayət məhkəmə tərəfindən icraata qəbul olunduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 və tələbkar X7 qeyd olunan protokola baxılmadan geri qaytarılmasına etirazları olmadıqlarını bildirdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Protokol ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə göndərildikdən sonra Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi məhkəməyə məktub göndərərək inzibati xəta haqqında materialın baxılmadan geri göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsində iş o zaman başlayır ki, inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilsin. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola baxılması üçün protokol tərtib edən şəxs məhkəməyə müraciət etmək hüququna malik olduğu kimi, verdiyi protokoldan imtina etmək hüququna da malikdir. Ona görə də, Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 21 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılmalı və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 21 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılsın və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar