Məhkəmə qərarları › İş №3(033)-408/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-408/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-408/2025 04.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Əli qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktoru vəzifəsində işlən, evli, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatında olan və yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 11 avqust 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs barəsində tərtib edilmiş inzibati cərimənin aylıq 50 faiz olmaqla əmək haqqından tutulması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə göndərilmiş 04 sentyabr 2024-cü il tarixli, 3-17-5/2-59734/2024 saylı icrasını təmin etməmişdir. Qeyd edilən material üzrə vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X2 protokolu məzmununa uyğun izahat verərək, vəzifəli şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində inzibati protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Şirkətin hazırkı maliyyə vəziyyəti ağırdır. Hal-hazırda "xxxx" qarşısında 500.000 manat borc öhdəliyi mövcuddur, fəaliyyətsizlik səbəbindən gəlirləri məhdudlaşmışdır. Buna baxmayaraq, şirkəti məsuliyyətini dərk edərək artıq 225 (iki yüz iyirmi beş) manat məbləğində ödəniş etmişdir. Mövcud maliyyə çətinlikləri səbəbindən qalan məbləği birdəfəlik ödəmək imkanı yoxdur. İnzibati cərimənin azaldılmasına dair qərar verilməsini və ya ən azı qalan məbləğin hissə-hissə ödənilməsi üçün möhlət verilməsini məhkəmədən xahiş edir. Həmçinin səhhəti ilə əlaqədar (yüksək şəkərli diabet) Bakı şəhərində müalicədə olunduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsindən daxil olmuş materialla tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta müqaviləsinin bağlanması təmin edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə nəzərdə tutulan inzibati xəta törədilmiş, barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5-2-59734/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən 1500.00 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Şəxs əmək haqqından hər ay 50% olmaqla 1500.00 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat vermələri xahiş edilmişdir. Yuxarıda qeyd olunan müddətlər ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tutulma həyata keçirilmədiyi halda barənizdə inzibati xəta haqqında iş üzrə icraat başlanılacağına dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 oktyabr 2024-cü il tarixli, 11/10 saylı məktubundan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2024 tarixli 3-17-5/2-59734/2024 saylı məktuba cavab olaraq "xxxx" MMC-nin direktoru Şəxs əmək, haqqından hər ay 225 manat tutularaq X4 Xidmətinin Dövlət Xəzinədarlığı Agentliyindəki AZ95CTRE******************** saylı hesaba keçiriləcəklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 23 iyul 2025-ci il tarixli, 3-17-5/2-65543/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən 1500.00 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırki dövrə qədər cərimənin 225.00 manat hissəsi ödənilmiş, lakin qalıq 1275.00 manat vəsait ödənilməmişdir. Qeyd olunanlara əsasən Şəxs əmək haqqından hər ay 50% olmaqla 1500.00 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi üçün müvafiq məktub göndərilmiş, lakin hazırki dövrə qədər tutulma tam həyata keçirilməmişdir. Belə ki, tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” Alt Sisteminə baxış keçirilərkən Şəxs ilə "xxxx" MMC arasında aktiv əmək müqaviləsinin və həmin müqaviləyə əsasən aylıq əmək haqqının 450.00 manat olduğu müəyyən edilmişdir. Ödəmə qabiliyyəti olduğu halda tərəfinizdən cərimə ödənişinin icrası təmin edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11:30-da X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə (Şəki şəhəri, M.F.Axundov prospekti 56 “a”, tel: (024- 244-16-35) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 iyul 2025-ci il tarixli, 3-17-5/2-65543/2025 saylı məktubun çatdırılmasına dair çıxarışdan görünür ki, qeyd edilən məktub xx.xx.2025-ci il tarixdə ünvan sahibinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təşkilati direktoru vəzifəsində işləyir və 450 manat əmək haqqı alır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təşkilati direktoru Şəxs barəsində tərtib edilmiş inzibati cərimənin aylıq 50 faiz olmaqla əmək haqqından tutulması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə göndərilmiş 04 sentyabr 2024cü il tarixli, 3-17-5/2-59734/2024 saylı icrasını təmin etməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Materiallardan da görünür ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təşkilati direktoru olmaqla, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirir. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs yazılı izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəməyə verdiyi izahatı, yəni hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" qarşısında 500.000 manat borc öhdəliyi olması, MMC-nin maliyyə vəziyyətinin ağır olması ilə bağlı verdiyi izahatı heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” Alt Sisteminindən əldə edilmiş çıxarışdan da göründüyü kimi Şəxs ilə "xxxx" MMC arasında aktiv əmək müqaviləsinin olduğu və həmin müqaviləyə əsasən aylıq əmək haqqının 450.00 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun təqsirinin dərəcəsi və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar