Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-410/2021 30.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, şikayət verən şəxs X4 iştirakı ilə, Şikayət verən şəxs X4 Zaqatala rayon polis şöbəsinin inzibati tənbeh vermə haqqında 16 iyun 2021-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X5 16 iyun 2021-ci il tarixli, TP ******* nömrəli X1 cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən şikayət verən şəxs X7 məhkəməyə ərizə təqdim edərək Zaqatala RPŞ-nin təhqiqatçısı Namiq Orucovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edildiyindən Zaqatala rayonu Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X5 16 iyun 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasını və baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 verdiyi şikаyətinin geri qaytarılması barədə müraciətini iş materialları ilə birlikdə аrаşdırıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə ərizə təmin edilməli və şikayət geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir (Maddə 128.2.3). “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.5-ci maddəsinə əsasən, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsində iş o zaman başlayır ki, qanunla səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət etmək hüququna malik olan şəxslər, o cümlədən zərər çəkmiş şəxs həmin məhkəməyə şikayət versin, müraciət etsin. Məhkəmə qeyd edir ki, hər kəs pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı dövlət orqanlarına müraciət etmək hüququna malik olduğu kimi, verdiyi şikayətdən imtina etmək hüququna da malikdir. Ona görə də, şikayət verən şəxs X4 şikayətindən imtinası qəbul olunmalı və inzibati tənbeh vermə haqqında 16 iyun 2021-ci il tarixli, TP ******* nömrəli qərarın qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X6 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati tənbeh vermə haqqında 16 iyun 2021-ci il tarixli, TP ******* nömrəli qərarın qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X6 geri qaytarılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-410/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-410/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver