Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-422/2025 25.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 Əli qızının katibliyi, Şikayət verən şəxs X2 “inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29600551 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X9 İdarəsi tərəfindən barəsidə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29600551 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi, “MAN TGS 18.400” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qobustan rayonu, Cəngi kəndindən, Bakı istiqamətinə hərəkətdə olarkən, İXM-nin 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə olunmağı ilə bağlı qərar qəbul olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29600551 saylı qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş qəbzdən görünür ki, “MAN TGS 18.400” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025- ci il tarixdə 40450 kq yük vurulmuşdur. Lakin yazılmış protokoldan görünür ki, “MAN TGS 18.400” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə guya çəkisi 43080 kq olmuşdur ki, yazılmış protokol və qərar qanunsuzdur. Eyni zamanda X7 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, “MAN TGS 18.400” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 40340 kq olmuşdur ki, bütün bu qeyd olunanlar qərarın qanunsuz olduğunu sübut edir. Bu səbəbdən də protokol və bu əsasda qərar düzgün tərtib edilməmişdir. Şikayətə əlavə olunmuş X8 tərəfindən verilən tərəzi çekindən və "xxxx" ASC tərəfindən 30 iyul 2025-ci il tarixli qəbzdən göründüyü kimi, “MAN TGS 18.400” yük markalı, 08-BE1-519 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən qəbul edilən yük qanunvericilikdə nəzərdə tutulmuş normanı aşmamışdır. Bundan başqa etibarnamə əsasında idarə etdiyi “MAN TGS 18.400” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin maksimal kütləsi 18 000 kq-dır. Göründüyü kimi o iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamışdır. Qeyd olunan maddə üzrə heç bir təqsiri yoxdur. Odur ki, barəsidə Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinib, 1200 (min iki yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29600551 saylı inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır, həmin qərar ləğv edilməli və barəsində olan Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin tərkib hissəsi olmadığından işin icraatına xitam verilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şikayət verən şəxs X3 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, Baş X9 İdarəsi tərəfindən barəsidə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29600551 saylı inzibati xəta haqqında qərarı ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, işlədiyi şirkətin tərəzisi dövlət standartlarına uyğun olması barədə sertifikatının olub olmamasından xəbərsizdir, belə bir uyğunluq sertifikatı olarsa növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:06 radələrində idarə etdiyi “MAN TGS” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qobustan rayonu, Cəngi kəndi, Bakı istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında EQ 29600551 nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. X3 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29600551 nömrəli qərarın ləğv edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş “standart nümunənin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə” CH.T.28.069.Ü № 004758 nömrəli, 07 avqust 2029-cu il tarixədək etibarlılığı müəyyən edilmiş sertifikatdan və Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi şəxs tərəfindən verilmiş R 015494 nömrəli, xx.xx.2025-ci il tarixli “ölçmə vasitələrinin yoxlanması haqqında” şəhadətnamədən görünür ki, hərəkət halında çəki ölçmə nəzarət sistemi M4-S10 müvafiq sertifikasiyadan və metroloji sınaqdan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, "xxxx" ASC tərəfindən verilmiş qəbz əsasən “MAN TGS 18.400” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixdə 40450 kq yük vurulduğunu bildirsə də, o, "xxxx" ASC-də istifadə edilən ölçü cihazlarının (tərəzilərin) sertifikatını və metroloji sınaqdan keçməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 29600551 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qoşmasından görünür ki, Qobustan rayonu, Cəngi kəndi, Bakı istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “MAN TGS” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin faktiki çəkisi 43080 kq olmuşdur. Bununla da X3 “MAN TGS” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qobustan rayonu, Cəngi kəndi, Bakı istiqaməti üzrə icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 40000 kq-ı aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və bu xətanı il ərzində təkrar törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, şikayət verən şəxs X3 şikayətində qayda pozuntusu etmədiyini, ona əsassız və qanunsuz olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar da öz təsdiqini tapmamışdır. Məhkəmə şikayətin digər dəlillərinə münasibət bildirərək də qeyd edir ki, şikayətdə göstərilən heç bir hal şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X2 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X2 izahatları ilə yanaşı, tədqiq edilmiş iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 29600551 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qoşmasına məhkəmə iclasında baxış zamanı da X2 “MAN TGS” yük markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qobustan rayonu, Cəngi kəndi, Bakı istiqaməti üzrə icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 40000 kq-ı aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 “inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29600551 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-422/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-422/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver